Nelson Mandela: Həyatın anları - şəkillər

Nelson Mandela Cənubi Afrikada aparteid siyasətinə qarşı mübarizə aparan bir qəhrəman siyasətçi kimi dünyada hörmət qazanıb.

Nelson Mandela hüquqşünas işlədiyi illərdə.
Şəklin alt yazısı, Ağdərili azlığın idarəçiliyinə qarşı uzun çəkən mübarizə aparmış və Cənubi Afrikanın ilk qaradərili prezidenti olmuş Nelson Mandela vəfat edib.
Mandela
Şəklin alt yazısı, Nelson Mandela gənc illərində Johannesburg şəhərinə gəlib. O burada aparteidlə mübarizə aparmaq üçün Afrika Milli Konqresinə (AMK) qoşulub.
Boksçu Mandela
Şəklin alt yazısı, Gənc yaşlarında Nelson Mandela boksla məşqul olub. Onun təbirincə, rinqdə hamı bərabərdir. "Rinqdə mənsəb, yaş, rəng və var-dövlət rol oynamır", - o özünün Azadlığa Uzun Yeriş adlı avtobioqrafik kitabında yazır.
Nelson Mandela həmkarları ilə, 1956-cı il.
Şəklin alt yazısı, 1956-cı ildə Nelson Mandela və AMK sıralarındakı digər həmkarları dövlətə xəyanətdə ittiham edilərək məhkəmə qarşısında durdular.
Mandelalar toy günü.
Şəklin alt yazısı, Nelson Mandela və Winnie 1958-ci ildə evləniblər. Lakin onların ailə həyatı uzunmüddətli məhbəs fasilələrilə yadda qaldı.
Cənubi Afrika. Robben İsland məhbəsi.
Şəklin alt yazısı, 1964-cü ildə Mandelanın daha bir məhkəməsi oldu- bu dəfə də dövləti xəyanət ittihamı əsasında. Məhkəmə Mandelaya ömürlük həbs cəzası kəsdi.
16 aprel 1990-cı il, Wembley stadionu. Nelson Mandela konsertində AMK bayrağı qaldırılıb.
Şəklin alt yazısı, London. Wembley stadionu. Nelson Mandelaya həsr olunmuş konsert. 1990-cı ildə aparteidə qarşı geniş beynəlxalq kampaniya başladı.
İngilis komediya aktyoru Lenny Henry Nelson Mandelanın 70 illiyinə həsr olunmuş konsertdə çıxış edir.
Şəklin alt yazısı, Nelson Mandela dünya boyu keçirilən beynəlxalq kampaniyanın rəmzinə çevrilir. Nelson Mandela 70 illiyini məhbəsdə qarşılayıb. İngilis komediya aktyoru Lenny Henry həsr olunmuş konsertdə çıxış edir. .
Nelson Mandela və həyat yoldaşı Winnie. Keyptaun, 11 fevral, 1990-cı il.
Şəklin alt yazısı, Məhbəsdə 20 ildən çox saxlandıqdan sonra, nəhayət, Nelson Mandela 1990-cı ildə azadlığa buraxılır.
Mandela Londonda azadlığa çıxandan sonra. BBC
Şəklin alt yazısı, Azadlığa çıxandan sonra Nelson Mandela bir çox ölkərə baş çəkib və dünya liderlərilə görüşüb. Londonda Mandela Cənubi Afrika evinə baş çəkib.
Mandela və De Klerk
Şəklin alt yazısı, Cənubi Afrika prezidenti De Klerk 1 adam 1 səs prinsipi əsasında seçkilərin keçirilməsinə razılıq verənədək mürəkkəb danışıqlar aparılıb. Hər iki siyasətçi aparteidə son qoyulmasında roluna görə 1993-cü ildə Nobel mükafatına layiq görüldülər.
Səsvermək üçün düzülmüş növbə
Şəklin alt yazısı, Cənubi Afrikada ilk demokratik seçkilər 1994-cü il aprelin 27-də keçirildi. Seçkilərdə AMK qalib gəldi və Nelson Mandela ilk qaradərili president oldu.
Nelson Mandela prezidentlik hakimiyyəti dövrünün cəmi 1 müddətini başa vurduqdan sonra könüllü olaraq vəzfədən getdi və eyni addımı atan sayca elə də çox olmayan Afrika liderləri sırasına daxil oldu.
Şəklin alt yazısı, Nelson Mandela prezidentlik hakimiyyəti dövrünün cəmi 1 müddətini başa vurduqdan sonra könüllü olaraq vəzfədən getdi və eyni addımı atan sayca elə də çox olmayan Afrika liderləri sırasına daxil oldu.
Nelson Mandela və Pierre Cardin
Şəklin alt yazısı, Siyasətçi kimi məşhurlaşmaqla yanaşı Nelson Mandela eləcə də özünəməxsus tərzdə dəb brendinə çevrilir. Onun geydiyi rəngarəng köynəklər dəbə düşür. Məşhur moda ustası Pierre Cardin-lə görüşdən sonra Nelson Mandela jurnalistlərdən onun köynəyi barədə nə düşündüklərini soruşur.
Nelson Mandela, Şahzadə Çarlz və Spice Girls qrupu.
Şəklin alt yazısı, Nelson Mandelanı digər siyasi liderlərin əksəriyyətindən fərqləndirən cəhət təvazökarlıq və özü üzərində gülə bilmə qabiliyyətidir. Nelson Mandela, Şahzadə Çarlz və Spice Girls qrupu.
Nelson Mandela və Graca Machel, 19 iyul 1998-ci il.
Şəklin alt yazısı, 1998-ci ildə Winnie-dən boşanandan sonra, 80 yaşında Nelson Mandela Grasa Machel ilə evlənir. Xanım Machel Mozambikin keçmiş lideri Samora Machel-in dul xanımı idi. Nelson Mandela və Graca Machel yoxsul aillələrdən olan Afrika uşaqları üçün nəzərdə tutulmuş yardım fondu təsis etdilər.
AİDS xəstəliyi əleyhinə Parisdə keçirilən konfransda çıxış. 1993-cü il.
Şəklin alt yazısı, 1999-cu ildə prezidentlikdən getdikdən sonra Nelson Mandela Cənubi Afrikanın fəxri səfiri qismində HIV/AIDS xəstəliyi əleyhinə kampaniyalar təşkil edir, ölkəsinə 2010-cu il Futbol üzrə Dünya Kuboku birinciliyini qəbul etmək uğrunda rəqabəti udmağa yardım edir.
Mandela 2004-cü ildə Britaniyaya etdiyi səfəri zamanı.
Şəklin alt yazısı, 2004-cü ildə 85 yaşında Nelson Mandela ictimai həyatdan uzaqlaşır.
Nelson Mandela və həyat yoldaşı Graca Machel. 2010 il. Futbol üzrə Dünya Kuboku birinciliyinin bağlanış mərasimi.
Şəklin alt yazısı, Nelson Mandela 2010-cu ildə Cənubi Afrikada Dünya Kuboku turnirinin bağlanış mərasimində iştirak edib.
Nelson Mandelanın 2012-ci ildə 94 yaşı tamam olub.
Şəklin alt yazısı, Nelson Mandela 2012-ci ildə 94 yaşını qeyd edib. 2009-cu ildə BMT onun ad gününün- 18 iyulun Beynəlxalq Nelson Mandela günü kimi qeyd olunmasını təsdiqləyib.
Regina Mundi Katolik kilsəsi. Soweto.
Şəklin alt yazısı, Cənubi Afrikalılar Nelson Mandela üçün dualar oxyurlar.
Nelson Mandelanın heykəli. Getty Images
Şəklin alt yazısı, Nelson Mandelanın heykəli. 2013-cü ilin aprel ayında Nelson Mandela pnevmonia diaqnozu ilə xəstəxanada bir müddət yatandan sonra iyun ayında yenidən xəstəxanaya yerləşdirilmişdi.