Aslan İsmayılov saxlandıqdan sonra sərbəst buraxılıb

Aslan İsmayılov

Vəkil Aslan İsmayılov cümə günü polis tərəfindən saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Xəbərə görə, vəkil İsmayılov həbsdə olan bloqçu ilə görüşmək üçün Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə gedib və onu orada həbs ediblər və Nərimanov Rayon Polis şöbəsinə aparıblar.

"Orda günorta keçirdiyim mətbuat konfransında səsləndirdiyim fikirlərlə bağlı söhbət apardıqdan sonra sərbəst buraxdılar", vəkil APA agentliyinə deyib.

Aslan İsmayılov Rəşad Ağaddinin müdafiəsi üçün cümə günü keçirdiyi mətbuat konfransında Azərbaycan prezidentinə müraciət edərək həbs edilmiş bloqçu ilə bağlı məsələnin araşdırılmasına və ona qarşı sərt davrananların cəzalandırılmasına çağırmışdı.

Bloqçu Rəşad Ağaddin mayın 9-da narkotik saxlamaq ittihamı ilə həbs edilib.

Ağaddinin üzərindən narkotik maddə tapıldığı iddia olunur.

Bloqçu sosial mediada hökuməti tənqid etməsilə tanınır.