Eurovision: "İsveç Azərbaycandan 50 dəfə az xərcləyib"

"İsveç keçən ilin sahibi Azərbaycandan 50 dəfə az xərcləyəcək", AFP xəbər agentliyi məlumat verir.

"Keçən il Bakıda keçirilən müsabiqəyə müxtəlif smetalar tərtib olunur", Eurovisionun bu ilki icraçı prodüseri Martin Oesterdahl deyib və iddia edib ki, Eurovision üçün Bakı şəhərini "bir milyard dollara abadlaşdırıblar".

"Biz demişik ki, bunu 125 milyon kron (18.8 milyon dollar) edəcəyik", o əlavə edib.

2012-ci ilin müsabiqəsindən əvvəl, Azərbaycan Eurovisionun keçirilməsi üçün 63 milyon dollar vəsait ayrıldığını bəyan etmişdi.

Amma bəzi hesabatlara əsasən, Crystal Hall konsert zalının tikintisi və digər əlaqəli xərclərə görə bu rəqəm 700 milyon dollardan yuxarı olub.

"Hətta hədsiz pul vəsaitlərimiz olsaydı belə, ... Daha böyük arena yox idi, Moskvada səhnənin arxasında asılan ekrandan daha böyüyü yox idi", cənab Oesterdahl deyib.

Çərşənbə axşamı İsveçin Malmo şəhərində Eurovision mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir. Yarışda Azərbaycan, Ermənistan, Gürcüstan və 14 digər ölkə iştirak edəcək və onlardan on nəfər finala keçəcək.

Mərc şirkətlərinə əsasən Danimarka təmsilçisi Emmelie de Forest-in udmaq ehtimalı ən yüksəkdir.

Çərşənbə axşamı keçirilən birinci yarımfinaldan Moldova, Litva, İrlandiya, Danimarka, Belarus, Rusiya, Belçika, Ukrayna və Niderland finala keçib.

Finalda 26 ölkə iştirak edəcək - hər yarımfinaldan 10 ölkə, keçən ilin qalibi İsveç və Avropa Yayım Ittifaqının ən böyük maliyyəçiləri - Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və İtaliya.