N!DA Idarə Heyətinin üzvləri üç aylıq həbs olunub

N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Rəşadət Axundov və Üzeyir Məmmədli üç aylıq həbs qətimkan cəzası alıblar.

Hərəkatın İdarə Heyətinin digər üzvü Turqut Qəmbər BBC Azərbaycancaya verdiyi məlumata görə hər iki şəxs 14:30 radələrində evlərindən Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə, oradan isə Nəsimi Rayon Məhkəməsinə aparılıblar.

Fəallar Cinayət Məcəlləsinin 228.3-cü maddəsi əsasında saxlanılıblar.

"Mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah ... partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə" beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İş günü olmadığına görə Nəsimi Rayon Məhkəməsi və Baş prokurorluqla əlaqə saxlamaq mümkün olmayıb.