N!DAçı təhqiqat zamanı həbsdə olacaq

N!DA Gənclər Hərəkatının “narkotik” ittihamı ilə üç aylıq həbs edilən üzvü Məhəmməd Əzizovun apellyasiya şikayəti təmin olunmayıb.

Bu barədə BBC Azərbaycancaya danışan təqsirləndirilənin vəkili Fariz Namazlı deyir ki, Əzizovun həbsinin ev dustaqlığı ilə əvəz olunması istənilmişdi.

“Bundan sonra üç ay müddətində aparılacaq istintaqı gözləyəcəyik”, vəkil bildirir.

Namazlı Əzizovdan yeni ifadə alınacağını deyir, çünki təqsirləndirilən bundan öncəki ifadəsindən imtina edib.

Mart ayının əvvəlində yerli televiziya kanallarında Əzizov da daxil olmaqla, başqa N!DA-çıların <link type="page"><caption> “etiraf videosu”</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/03/130308_nida_detentions.shtml" platform="highweb"/></link> yayılıb.

Turan agentliyi yazır ki, çərşənbə məhkəməsində təqsirləndirilənin əleyhinə olan qərar edilən kimi, küçəyə yığışan gənc fəallar Əzizovun iri kağızlara çap olunmuş şəkillərini qaldırıb və səssiz aksiya keçirib.

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq birgə məlumatına görə, Məhəmməd Əzizovun evindən marixuana maddəsi tapılıb.