Ştrasser: "Mən Azərbaycana getmək fikrindən daşındım"

Ştrasser: "Mən Azərbaycana getmək fikrindən daşındım"

Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə məruzəçisi deyir ki, Bakı "qəbuledilməz şərtlər" irəli sürəndən sonra, o, Azərbaycana gəlmək niyyətindən daşınıb.

Lakin, eyni zamanda, Kristofer Ştrasser bu ilin sonunadək hesabatını yekunlaşdıracağını da bildirirb.

Azərbaycanda siyasi məhbuslar üzrə Avropa Şurasının məruzəçisi Kristofer Ştrasser Bakıya gəlmək cəhdlərinə son qoyduğunu bildirib. O bunu, rəsmi Bakı tərəfindən dəfələrlə viza verilməsindən imtina edilməsi hallarından sonra, onun "qəbuledilməz şərtlərlə" dəvət olunması ilə izah edib.

2009 ilin mart ayında məruzəçi təyin olunmuş Almaniyalı deputat bu bəyanatı bazar ertəsi günü Avropa Şurasının İnsan haqları Komitəsinin iclasından sonra verib.

BBC Azərbaycan Xidmətinə müsahibəsində Kristofer Ştrasser bildirib ki, Azərbaycan höküməti onu martın sonunda Bakıya səfərə dəvət edib, lakin "yalnız siyasi məhbus anlayışının müzakirəsi üçün".

C-b Ştrasser həmin dəvəti qəbul edə bilmədiyini qeyd edib. Oz qərarını o, səfərinin, hökümətin onunla əməkdaşlıq etdiyi "və hər şeyin qaydasında olduğu" təəssüratını yarada biləcəyindən ehtiyyat etməsilə əsaslandırıb.

O, eləcə də qeyd edib ki, siyasi məhbus anlayışına dair müzakirəni qəbulolunmaz sayır, çünki Avropa Şurasının siyasi məhbus anlayışının tərifi 2-3 ildir ki məlumdur.

O, qeyd edib ki, ona mandatını yerinə yetirmək icazəsi verilsəydi, o, məhbuslara baş çəkəcəkdi, Azərbaycanda siyasi məhbus sayıla bilən ayrı-ayrı insanların işlərinin müzakirə edilməsi üçün hökümət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələrilə söhbətlər aparacaqdı.

Məruzəçi qeyd edib ki, o, öz işini Azərbaycana baş çəkmədən də yerinə yetirə bilər və hesabatını bu ilin oktyabr ayında başa çatdıracaq.

C-b Ştrasser deyib ki, Avropa Şurasına üzv olan ölkə tərəfindən xüsusi məruzəçiyə vəzifəsini yerinə yetirməyə imkan verilməməsi olduqca nadiir haldır.

Hesab etmirmi ki, Azərbaycan höküməti onun fəaliyyətinə təxribat törədib sualına onun cavabı isə belə olub :"Son aylar ərzində baş verənlərdən sonra belə bir təəssürat məndə formalaşıb".

O deyib ki, Avropa Şurası tərəfindən Azərbaycan hökümətinə kifayət qədər təzyiq göstərilməməsi onu məyus edib.

"Mən bütün (Avropa Şurasının) üzv ölkələrinə deyirəm ki, hadisələrə nəzər salsınlar və Azərbaycandakı siyasi məhbuslara həmrəylik bildirsinlər, necə ki onlar Türkiyə və Rusiyada siyasi məhbuslara həmrəylik bildirirlər".

Azərbaycandakı hadisələrə Avropa Şurası tərəfindən kifayət qədər diqqət ayrılmamasının səbəbini nəylə izah edir sualına isə , o, cavab verib ki, buna dair onun şəxsi düşüncələri var, lakin onları səsləndirmək istəmir.