Laçın dəhlizində aksiya: ermənilər yolun açılmasını istəyir, Azərbaycan “açıqdır” deyir

Şuşada azərbaycanlılar, Xankəndidə ermənilər aksiya edirlər

Şəklin mənbəyi, Azertag/Ruben Vardanyan/FB

Videoya keçid üçün Youtube-a daxil olun.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan MDB ölkə liderlərinin Rusiyada keçirilən qeyri-rəsmi sammitində iştirak edirlər.

Onların görüşü azərbaycanlı fəalların Şuşa-Xankəndi yolunda iki həftədən çoxdur ki, etiraz aksiyası keçirməsi fonunda baş verir.

Azərbaycanlı fəallar Rusiya sülhməramlılarının nəzarətində olan bölgədə faydalı qazıntı yataqlarının istismarının qarşısının alınmasını tələb edirlər.

Azərbaycanın nəzarətində olmayan ərazisində yaşayan yerli erməni əhali də bazar günü Xankəndi/Stepanakertdə aksiya keçirərək Laçın dəhlizinin açılmasını tələb ediblər.

Separatçı "Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri" David Babayan BBC Azərbaycancaya müsahibəsində bildirib ki, yolun bağlı olması yerli əhali üçün "humanitar fəlakəti" yaxınlaşdırır.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Laçın yolunda etirazların "humanitar böhran təhdidi yaratması ilə bağlı iddiaların heç bir əsası yoxdur və Azərbaycan hökuməti erməni sakinlərin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırdı".

Həmçinin bax: