“Tərtər işi” üzrə həbs olunmuş bəzi hərbçilərin yaxınları etiraz aksiyası keçiriblər
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmasa, YouTube-da izləyin.
İyulun 25-də ictimaiyyətdə "Tərtər işi" adıyla tanınmış cinayət işi üzrə həbs olunmuş bəzi hərbçilərin yaxınları Bakıda Baş Prokurorluğun inzibati binası qarşısında etiraz aksiyası keçiriblər.
Bu cinayət işində yüzlərlə hərbçi vətənə xəyanət etməkdə ittiham olunaraq işgəncələrə mərz qalıb. İşgəncələr nəticəsində 10-dan çox şəxsin öldüyü iddia olunur. Baş Prokurorluq "Tərtər işi"nin yenidən araşdırılması üçün istinaq aparır.
Aksiya keçirənlər istintaqın gedişindən narazıdılar.
Baş Prokurorluq bəzi aksiya iştirakçılarını qəbul edib, amma BBC Azərbaycanca iştirakçıların iradlarına Baş Prokurorluqdan cavab ala bilməyib.
Videonu BBC News Azərbaycanca üçün Bakıdan Əminə Məmmədova çəkib.

