Bakıda Ermənistanla yaxınlaşma barədə nə düşünürlər?

Video açılmırsa YouTube-dan izləyin.

Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın Brüssel görüşündən sonra tərəflər sülh sazişi üzərində işləməyə başlayıblar.

İki ölkənin xarici işlər naziri telefonla danışıblar, Nikol Paşinyan parlamentdə Azərbaycanla "təcili sülh imzalanmasının" vacibliyindən danışıb.

Hərçənd, onun keçmiş Dağlıq Qarabağın statusu ilə bağlı dedikləri ölkənin bəzi müxalif qüvvələrinin etirazına səbəb olub və onlar oturaq aksiyalara başladıqlarını elan ediblər.

Bütün bunların fonunda Azərbaycanda Ermənistanla yaxınlaşma, liderlərin sülh sazişi üzərində işləməyə başlaması ilə bağlı bəyanatları barədə nə düşünürlər?

BBC News Azərbaycanca Baki sakinlərinin fikirlərini soruşub.

Bakı sakini Ermənistanla mümükün sülh və barışıq barədə danışır