ABŞ Azərbaycanın 15 erməni məhbusunu azad etməsini alqışlayıb, Almaniya Azərbaycanı Covid-19 riski siyahısından çıxarıb

Şəklin mənbəyi, Reuters
Dövlət katibi Blinken: "ABŞ Azərbaycanın 15 erməni məhbusunu azad etməsini alqışlayır", Almaniya höküməti Azərbaycanı və bir sıra digər ölkələri koronavirusa yoluxma riski yüksək olan ölkələr siyahısından çıxarıb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Dövlət katibi Blinken: "ABŞ Azərbaycanın 15 erməni məhbusunu azad etməsini alqışlayır"
"ABŞ Azərbaycanın 15 erməni məhbusunu azad etməsini alqışlayır", - ABŞ Dövlət katibi Anthony Blinken özünün Twitter səhifəsində yazıb.
"Tərəflər arasında müzakirələrin keçirilməsinə şərait yaratdığı üçün biz Gürcüstan hökümətinə minnətdarıq, - Blinken qeyd edib. - Bu cür addımlar regionun insanlarını layiq olduqları dinc sülhə daha yaxın edəcək."
"Ermənistanın Azərbaycanı minalardan humanitar təmizlənməni asanlaşdıracaq və itkilərin qarşısını almağa kömək edəcək mühüm məlumatla təmin etmək qərarını da alqışlayırıq" - Anthony Blinken ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş açıqlamasında yazıb.
Azərbaycanla Ermənistan arasında bu hadisənin baş verməsində "mühüm rol" oynamış Gürcüstanın roluna görə Anthony Blinken Baş nazir İrakli Qaribaşviliyə və Gürcüstan hökumətinə minnətdarlığını bildirib
ABŞ "bu addımları dəstəkləməkdən məmnundur və əlavə əməkdaşlıq üçün onların zəmin olacağına ümid edir", Blinken qeyd edib.
"Biz bütün məhbusların geri qaytarılmasına çağırışı davam edirik və bölgə ölkələrinin əməkdaşlığı davam etdirmək və aralarındakı həll olunmamış məsələləri çözmək səylərinə kömək etməyə hazırıq."
"Biz eləcə də Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında münaqişənin hərtərəfli siyasi həllinə dair müzakirələr üçün substantiv danışıqları yenidən bərpa etməyə çağırmağa davam edirik", - ABŞ Dövlət katibi Anthony Blinken açıqlamasını bu kəlmə ilə bitirib.
Avropa ŞurasıAzərbaycanın və Ermənistanın qarşıpıqlı addımlarını alqışlayıb
Avropa Şurasının prezidenti Charles Mishel də Azərbaycanla Ermənistan arasında atılmış qarşılıqlı addımları alqışlayıb.
"Azərbaycan və Ermənistanın paralel humanitar jestini - məhbusların azad edilməsini və minalanmış ərazilərin xəritəsinin verilməsini alqışlayıram", - Charles Mishel özünün Twitter səhifəsində yazıb.
"Qarşılıqlı etimadın bərpası istiqamətində ilk addım, - Avropa Şurasının prezidenti qeyd edib. - Aİ bu prosesi dəstəkləyib və inkişafı sürətləndirmək üçün yardımını təklif etməkdə davam edəcək."
AlmaniyaAzərbaycandan gələnlər üçün Covid-19 qadağasını yumşaldıb
Almaniya höküməti Azərbaycan, Ermənistan, Ukrayna, ABŞ, Avstriyanı, İsveçrə və bir sıra digər ölkələri koronavirusa yoluxma riski yüksək olan ölkələr siyahısından çıxarıb.
Almaniyanın Robert Koh adına İnstitutunun verdiyi məlumata əsasən, bu qərar iyunun 13-dən qüvvəyə minir.
Həmin tarixdən etibarən adı çəkilən ölkələrdən Almaniyaya gələnlərdən artıq qeydiyyatdan keçmək və karantin şəraitində bir müddət qalmaq tələb olunmayacaq.








