Azərbaycan hakimiyyətini və ailə üzvlərini söyməsiylə tanınan video bloqçu Fransada bıçaqlanıb

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Fransada mühacir olan YouTube bloqçusu Məhəmməd Mirzəlinin bıçaqlanması barədə bəyanat dərc edib.

Təşkilat bildirib ki, bloqçuya Fransada, yaşadığı Nantes şəhərində bıçaqla hücum edilib və ona ən az 16 bıçaq zərbəsi vurulub.

Məhəmməd Mirzəli Azərbaycanda YouTube-da Azərbaycan hakimiyyətindəki şəxsləri korrupsiyada günahlandıraraq söyməsi, təhqir etməsi, onların alçaldıcı görüntülərinin montaj edərək hazırlaması ilə tanınıb.

Jurnalistləri Müdafiə Komitəsi Fransa hakimiyyətini Məhəmməd Mirzəliyə qarşı olan hücumunu araşdırmağa və günahkarları tapmağa çağırıb.

Məhəmməd Mirzəli haqqında məlumatları təsdiq edən, hazırda Almaniyada mühacir olan jurnalist Əfqan Muxtarlı deyib ki, Məhəmməd Mirzəli ilə xəstəxanada olanda telefonla danışa bilib.

Əfqan Muxtarlı deyib ki, ona 16-17 bıçaq xəsarəti yetirilib və vəziyyəti ağır olub.

Əfqan Muxtarlı BBC News Azərbaycancaya deyib ki, onunla danışanda Məhəmməd Mirzəli iddia edib ki, onun bıçaqlanmasının arxasında Azərbaycan hakimiyyəti dayanıb.

Məhəmməd Mirzəli

Şəklin mənbəyi, Inqilab Kərimov