Mehman Hüseynov: "Dronu əldən almaqla, korrupsiya faktlarını araşdırmağın qarşısını almaq olmayacaq"

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

Ötən gün polis tərəfindən saxlanmış və dronu müsadirə olunmuş bloqçu Mehman Hüseynov saxlanmasının qanunsuz olduğunu bildirir və bu məsələnin vəkilləri tərəfindən mübahisələndiriləcəyini deyir.

Mehman Heseynov və digər bir bloqçu - Ülvi Həsənli bazar günü Abşeron rayonu ərazisində hüquq mühafizə orqanları tərəfindən saxlanıblar və bir neçə saat sonra sərbəst buraxılıblar.

Daxili İşlər Nazirliyi yerli mediaya bildirib ki, Mehman Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb. Qurum bildirib ki, onlara Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub. Onun saxlanması da məlumatın yoxlanması məqsədilə olub, nazirlik deyir. Qurum dron aparatının müsadirə edildiyini təsdiqləyib və hazırda araşdırma aparıldığını bildirib.

Bloqçu hesab edir ki, dron aparatından istifadəsində heç bir qanunsuzluq yoxdur.

Mehman Hüseynov
Şəklin alt yazısı, Mehman Hüseynov