Rusiya hərbçiləri Qarabağda 10 mindən çox sursat aşkar ediblər

Şəklin mənbəyi, RIA NOVOSTI
Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağda tapılan döyüş sursatlarının sayı barədə məlumat verib.
Rusiya FHN-nin pirotexnikləri Dağlıq Qarabağda 10 mindən çox hərbi sursat aşkar ediblər, RİA Novosti xəbər verir.
İşlərin əksəriyyəti Xocalı rayonunun Ballıca kəndi və ətraf ərazilərdə aparılır.
"İşlər davam etdirilir. Bu günə qədər 53 hektar sahəsi olan ərazi yoxlanılıb və 10 mindən çox partlayıcı obyekt aşkar olunub," - Rusiya FHN-indən bildirilib.
Aşkar edilmiş hərbi sursat zərərsizləşdirilmək üçün Humanitar Minalardan Təmizləmə Mərkəzinə göndərilib.
"Bunların arasında 30-152 millimetrlik 4700-dən çox mərmi, 416 müxtəlif mina, top mərmilərinin 378 partlayıcısı, "Qrad" raketlərinin 260-dan çox fraqmenti, həmçinin 3200-dən çox patron, 540 əl qumbarası və beş tank əleyhinə idarə olunan "Malyutka" və "Faqot" raketləri," - məlumatda deyilib.
- Ermənistan rəsmiləri Sünik vilayətinin Qafan-Əkərək yoluna nəzarət etmədiklərini deyirlər
- Erməni alim Jirayr Libaridyan Ermənistanı Azərbaycanla qonşuluq münasibətləri yaratmağa çağırır
- Atəşkəs rejimini izləyəcək Türkiyə hərbçiləri "Azərbaycana çatıblar", Yanvar ayında həftəsonu ictimai nəqliyyat işləməyəcək
- İkinci Qarabağ müharibəsi - əsas hadisələrin xronologiyası




