"Bundan sonra həyatım bağlandı, həyatım gülmür", şəhid Əsgər Hüseynovun atası
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, burada izləyin.
Vaqif Hüseynov üçün 44 günlük müharibədə itirdiyi tək oğul övladı Əsgər barədə danışmaq ağırdır.
O, bütün arzularını bağladığı oğlunu torpağa tapşırdığı üçün həyatının mənasının qalmadğını deyir.
Əsgər Hüseynovun heç 22 yaşı tamam olmamışdı. Müharibə ilə bağlı elan edilmiş qismən səfərbərlik zamanı o da döyüşə yollanmışdı.
Ailəsi deyir ki, ölümündən əvvəl o yaralı əsgər yoldaşının həyatını xilas edib, özü isə döyüşdən salamat çıxa bilməyib.
Əsgər Oktyabrın 25-də Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub.






