Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür
Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabrda başlayıb və 10 noyabrda dayandırılıb. 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu geri qaytarıb. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılıb.
Canlı reportaj
1-ci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlılar: Gözümüzün qarşısında gənc qızı kəsdilər
Şuşa: Qarabağın döyünən ürəyi
Amin Musayev və Bayram Kərimovdan ailələrinə xəbər çatdırılıb
Koronavirus: Azərbaycanda günlük ölüm sayında artım
Hörmətli izləyicilərimiz,
9 həftədən çoxdur ki, İkinci Qarabağ Müharibəsində dair xəbərləri saytımızda, canlı reportajda işıqlandırırıq.
Günlərdir yenilədiyimiz bu canlı reportaj artıq sona çatır.
Amma İkinci Qarabağ Müharibəsi ilə əlaqəli xəbər və təhlillər, foto-reportaj və videoları
Facebook səhifəmizdə,
YouTube kanalımızda,
Instagram səhifəmizdə,
Twitter səhifəmizdə paylaşmaqda davam edəcəyik.
Azərbaycan şəhidlərini dəfn edir
Paylaşımını ötürün YouTubeGoogle YouTube məzmununa icazə varmı?Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Yüzlərlə erməni Yerevanın mərkəzində Nikol Paşinyana qarşı etirazlara qatılıb
Paylaşımını ötürün YouTubeGoogle YouTube məzmununa icazə varmı?Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
İkinci Qarabağ Müharibəsi: Azərbaycan ordusunun 2783 nəfər hərbçisi həlak olub
Paylaşımını ötürün YouTubeGoogle YouTube məzmununa icazə varmı?Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
"Azərbaycan hərbçiləri Xankəndi dükanlarında alış-veriş edirlər"

Şəklin mənbəyi, panorama.am
Dağlıq Qarabağda Azərbaycan hərbçiləri erməni yaşayış məntəqələrində alış-veriş edirlər, bu barədə "Enaket" ("Dayaq nöqtəsi") analitik mərkəzinin təsisçisi və rəhbəri bildirir.
Tiqran Abramyanın bu barədə özünün Facebook hesabında yazıb.
Erməni dilində yayılan postda deyilir ki, erməni əsgərlərinə qarşı "qəddarlığı əks etdirən" videoların yayıldığı bir şəraitdə Azərbaycan hərbçiləri "sərbəst şəkildə" erməni yaşayış məntəqələrinə gəlir.
"Məsələn, şahidlərin dediklərinə görə, onlar Stepanakert (Xankəndi –red.) supermarketlərində alış-veriş edirlər. Əlbəttə ki, bu, Rusiya sülhməramlılarının müşayiəti ilə baş verir, lakin hazırkı halda bu çox az fərq edir”,- Tiqran Abramyanın yazır.
Paylaşımda Nikol Paşinyana irad tutularaq deyilir ki, onun imzaladığı birgə bəyanatda əsirlərin geri qaytarılması ilə bağlı müddəa 25 gündür yerinə yetirilmir və bu arada sanki heç nə olmamış kimi “azərbaycanlılar bizimlə birlikdə mağazalarımızda mal alırlar”.
Azərbaycanın bu məsələ ilə bağlı şərhi məlum deyil.
"Hamı narazı olanda". Nikol Paşinyan niyə "erməni Mandelası" ola bilmədi?
Kəlbəcər rayonunun Yanşaq kəndindən video
Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Yanşaq kəndindən videogörüntülər yayıb.
Paylaşımını ötürün YouTubeGoogle YouTube məzmununa icazə varmı?Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Azərbaycan Fransa Səfirinə etiraz notası verib

Şəklin mənbəyi, Azertag
Fransa parlamentinin qəbul etdiiy qətnamə ilə əlaqədar olaraq bu gün Fransanın Azərbaycandakı səfiri Zachary Gross Xarici İşlər Nazirliyinə çağırılıb.
Ona 3 dekabr tarixində Fransa Milli Assambleyasında qəbul edilmiş “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib, XİN bildirib.
Bundan başqa, səfirə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb.
Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.
Ermənistan XİN Fransa Parlamentinin Qarabağla bağlı qərarını alqışlayıb

Şəklin mənbəyi, Getty Images
Yerevan Dağlıq Qarabağın "müstəqilliyinin" tanınmasına çağıran Fransa parlamentinin qərarını alqışlayıb.
“Ötən həftə Dağlıq Qarabağın tanınması zərurəti ilə bağlı Senatın qəbul etdiyi analoji qətnamə ardınca Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni alqışlayırıq, - Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin bəyanatında deyilir.
XİN hesab edir ki, parlamentin hər iki palatasının ortaq mövqeyi, Dağlıq Qarabağ xalqına “aqressiyaya” qarşı etirazın təzahürüdür.
Azərbaycan Fransa parlamentinin qətnaməsini tənqid edib.
“Senatın ardınca Aşağı Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadan xəbər verir,” - Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Moskva Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib - Peskov

Şəklin mənbəyi, Ria Novosti
Rusiya Dağlıq Qarabağın statusuna dair öz mövqeyini dəyişməyib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi deyib.
Dmitri Peskovun sözlərinə görə, bu ərazinin mənsubiyyəti "kifayət qədər çoxdandır" ki, BMT Təhlükəsizlik Şurasının qərarları ilə “müəyyən olunub”.
"Bütün bunlar Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib. Rusiya heç nəyi dəyişməyib”.
Dmitri Peskov Prezident Vladimir Putinin sözlərinə istinad edib.
"Prezident (Vladimir) Putin Qarabağın özünün tanınmadığını, hətta Ermənistan tərəfindən də tanınmadığını demişdir”, - müharibəyə son qoyan üçtərəfli razılaşmadan sonra Dağlıq Qarabağın statusuna dair Rusiyanın münasibətinin dəyişib-dəyişmədiyi barədə suala cavab verərkən Dmitri Peskov deyib.
O həmçinin deyib ki, Rusiya sülhməramlıları və humanitar missiya Dağlıq Qarabağdakı hərəkətlərini həm Ermənistan, həm də Azərbaycanla əlaqələndirir, Rusiya prezidentinin mətbuat katibi deyib.
"Orada [Dağlıq Qarabağda) əsas [ölkə] yoxdur, orada iki tərəf var, iki münaqişə tərəfi, bu Ermənistan və Azərbaycandır,” - Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Ermənistan və Azərbaycan "Rusiya tərəfi ilə birlikdə [tənzimləmə haqqında] bəyanat imzalayıblar.
"Və bu bəyanatın müddəalarının icrası üçün Rusiya hərbçiləri və sırf hərbçilərdən ibarət olmayan Rusiya humanitar missiyası öz hərəkətlərini azərbaycanlılar və ermənilərlə əlaqələndirir".
İkinci Qarabağ Müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Bakıdan videonu müxbirimiz çəkib.
Paylaşımını ötürün YouTubeGoogle YouTube məzmununa icazə varmı?Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Xudayar Yusifzadənin anası: "Mən onu atasız saxlasam da, məndən çox vətəni sevdi"
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Fransa barədə: "Fransanın vasitəçi kimliyi artıq itib"

Şəklin mənbəyi, Anadolu Ajansı
Türkiyə Prezidenti Receb Tayyip Erdoğan Bakıya səfər edəcək.
Bu barədə, o, Ayasofya Məscidində cümə namazı qıldıqdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Erdoğan qeyd edib ki, dekabrın 8-də həyat yoldaşı ilə birlikdə Azərbaycanda keçiriləcək tədbirlərə qatılacaq.
"Qarabağ azərbaycanlı qardaşlarımızın torpağıdır və onlar 28 ildir işğal altındadırlar. İşğal altında olduğunu Amerika da, Rusiya da qəbul edir. Fransa da qəbul edirdi, indi fərqli yollardan istifadə etdilər. Əlbəttə ki, azərbaycanlı qardaşlarımız göbəklərini özləri kəsdilər və mövcud vəziyyət yarandı. Uğurlar olsun deyirik. Nəsib olarsa, çərşənbə axşamı günü həyat yoldaşımla birlikdə oradakı mərasimlərə qatılacağam."
Türkiyə Prezidenti qatılacağı tədbirlə bağlı açıqlama verməyib.
Bundan başqa, Erdoğan Fransa ilə bağlı danışıb.
"Əvvəla, Minsk Qrupu vasitəçi bir qurumdur. Vasitəçi olan qrupun ayağa qalxaraq, belə bir məcburi olmayan yola yönəlməsi diqqət çəkir. Başqa sözlə, o zamandan bəri, Fransanın vasitəçi kimliyi artıq itib. Nəyə görə? Sən vasitəçisən. Digər tərəfdən, vasitəçilik etdiyiniz yerlə əlaqəli öz məclisinizdə qərar qəbul edirsiniz ki, o, eyni zamanda dövlətə verilən tövsiyədir."
Cümə axşamı günü Rusiyanın RİA Novosti xəbər agentliyi Türkiyə Prezidentinin Azərbaycanda paradda iştirak edəcəyi barədə məlumat yaymışdı.
Ancaq Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı BBC-yə "paradın keçiriləcəyi dəqiq tarixi bilmədiyini" açıqlamışdı.
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər

Şəklin mənbəyi, Azertag
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şəhidlər xiyabanında olublar. Prezident Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci vitse-prezident, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoyub.
Azərbaycanın dövlət himni səsləndirilib.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, müharibədə həlak olanların xatirəsi anılıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən saat 12:00-da Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə bir dəqiqəlik sükut elan edilib, nazirlik bu barədə məlumat yayıb.

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi