Rusiya avqustun 1-dən üç ölkəyə uçuşları bərpa edir. Ayasofya bu gündən cümə namazına açılır. ABŞ və İngiltərə Rusiyanın kosmosa peyk silahı atdığını bildirib

bu gün Rusiya Rusiyaya samalyot reysləri Rusiyaya getmək Rusiya təyyarə reyslərini bərpa edir rusiyaya uçmaq

Şəklin mənbəyi, SERGEI SAVOSTYANOV/TASS

Rusiya avqustun 1-dən beynəlxalq uçuşları bərpa edir, Ayasofya bu gündən cümə namazına açılır, ABŞ və İngiltərə Rusiyanın kosmosa peyk silahı atdığını bildirib, İngiltərədə qapalı yerlərdə maska taxmaq məcburi olacaq, zorla işlədilən uyğurlara görə Nike və Apple-a çağırış edilib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında

Rusiya avqustun 1-dən beynəlxalq uçuşları bərpa edir

Rusiya avqustun 1-dən Türkiyə, Böyük Britaniya və Tanzaniyaya aviareysləri bərpa edir, Rusiya Baş nazirinin müavini və bu ölkənin koronavirusla mübarizə üzrə əməliyyat qərargahının rəhbəri Tatyana Qolikova bildirib.

Reyslərin bərpası ilə bağlı danışıqlar iyulun ortalarında başlayıb.

"Avqustun 1-dən etibarən reyslər Moskva, Moskvaətrafı, Sankt-Peterburq və Rostov-Don hava limanlarından həyata keçiriləcək. Bu qərar həm də xaricdəki vətəndaşların geri qayıtmalarını sürətləndirməyə imkan verəcək," - Rusiya Baş naziri Mixail Mishustin yerli mediaya deyib.

Rusiya martın 27-dən etibarən koronavirus pandemiyasına görə bütün beynəlxalq uçuşları dayandırmışdı.

Ayasofya bu gündən cümə namazlarına açılır

bu gün Ayasofya

Şəklin mənbəyi, Getty Images

UNESCO-nun dünya mədəniyyəti irsi siyahısına daxil olan Ayasofya cümə günündən etibarən müsəlmanların cümə ibadətlərinə açılır.

916 il kilsə, 481 il məscid və 80 ildən artıq bir dövr ərzində muzey kimi istifadə olunmuş Ayasofyanın müsəlmanların ibadətinə yenidən açılması üçün tikilinin içərisində iki həftədir ki, hazırlıq işləri görülür.

Hazırlıqlara bilet satışı məntəqəsinin götürülməsi, içərisindəki tarixi mozaika təsvirlərinin üzərlərinin örtülməsi və yerlərə xalça döşənməsi daxildir.

1500 yaşlı UNESCO dünya mədəniyyəti incisi 1934-cü ildən muzey kimi fəaliyyət göstərib.

İyul ayının əvvəllərində Türkiyə məhkəməsi Ayasofyanın muzey statusunu ləğv edərək, onun məsciddən başqa bir funksiya daşımasını "qanunla mümkünsüz" olduğunu bildirib.

Turkiyə Prezidenti Recep Tayyip Erdogan bir müddət əvvəl bütün dünyada məşhur olan tikilinin cümə namazları üçün istifadə ediləcəyini bəyan etmişdi.

İngiltərədə qapalı yerlərdə maska taxmaq bu gündən məcburi olacaq

bu gün İngiltərə

Şəklin mənbəyi, Reuters

Koronavirus pandemiyası ilə mübarizədə İngiltərədə bu gündən etibarən qapalı ictimai yerlərdə maska taxmaq məcburiləşdirilir.

Yeni qaydanın detalları qaydaların tətbiqinə 12 saat qalmış açıqlanıb.

Qaydaya görə, supermarketlər, qapalı alış-veriş mərkəzləri, stansiyalar, "al-apar" xidməti göstərən kafe və restoranlar, bank və poçt şöbələri kimi bağlı yerlərə maskasız girmək mümkün olmayacaq.

Qapalı yerlərdə maska taxmayan şəxslər 100 funta qədər cərimələnəcəklər.

Girişdə başqa vasitələr istifadə edən restoran, gözəllik salonu, muzey və s kimi yerlərdə isə bu qayda tətbiq edilmir.

Nike Apple xidmət uyğurlar zorla işlətmək iş yeri iş Çin

Şəklin mənbəyi, Getty Images

Aralarında Apple ve Nike-ın da yer aldığı bir çox böyük şirkətə zorla işləməyə məcbur edilən uyğur türklərinin istehsal etdiyi məhsulları istifadə etməmələri üçün çağırış edilib.

Uyğurların zorla işlədilməsinə qarşı başladılmış kampaniya çərçivəsində şirkətlər uyğurların əməyindən sui-istifadə edilməsindən xeyir əldə etməkdə günahlandırılıb.

Son vaxtlar qərb ölkələri Çinin Sincan əyalətində yaşayan uyğurlara qarşı təzyiq siyasətini tənqid edir.

Son çağırışlardan sonra Nike və digər şirkətlər mövzunu araşdırdıqlarını açıqlayıb.

Nike Sincandan birbaşa məhsul almadığını, lakin bütün məhsul təhcizatı və işçi siyasətini araşdırmağa başladığını bildirib.

ABŞ və İngiltərə Rusiyanın kosmosa peyk silahı atdığını bildirib

bu gün Rusiya

Şəklin mənbəyi, Getty Images

ABŞ və İngiltərə Rusiyanı kosmosda peykləri hədəfə almaq üçün istifadə edilə bilən silaha bənzər bir vasitə sınamaqda günahlandırıb.

ABŞ Dövlət Departamenti bundan narahatlığını ifadə edib.

Rusiya Müdafiə Nazirliyi əvvəlcədən Rusiya kosmik texnologiyasını sınamaq üçün yeni texnologiyaların tətbiq ediləcəyini bildirmişdi.

Birləşmiş Ştatlar əvvəllər Rusiya peyk proqramının son dövrdə aktivliyinin artmasından narahatlığını bildirmişdi. Lakin İngiltərə ilk dəfədir ki, Rusiyanı kosmik sınaqları ilə bağlı ittiham edir.

Bir neçə gün əvvəl İngiltərə hökumətinin Rusiyanın yaratdığı təhlükəni ciddi şəkildə qiymətləndirmədiyi barədə bir hesabat yayılıb.

İngiltərə Kosmik Administrasiyasının rəhbəri Hava Vitse-Marşalı Harvey Smit özünün cümə axşamı günü verdiyi bəyanatında Londonun kosmosun dinc istifadəsini təhdid etdiyi üçün Rusiyanın bu davranışından narahat olduğunu və Rusiyanın orbitə buraxdığı kosmik gəminin hərbi xüsusiyyətlərə sahib olduğunu açıqlayıb.

"Biz Rusiyanı bundan sonra belə sınaqlar keçirməməyə çağırırıq," - Harvey Smith deyib.