Kosmonavt xəstəlikləri bizi müalicə etməyə necə kömək edir?

Astronavt Peggy Whitson enişdən az sonra

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Astronavt Peggy Whitson enişdən az sonra
    • Müəllif, Scott Smith & Sara Zwart
    • Vəzifə, NASA

Min illər ərzində səyahətçilər və tədqiqatçılar qidalanma problemi ilə qarşı-qarşıya olublar. Astronavtlar da burada istisna deyil.

Kosmosa aylarla davam edən uçuş zamanı heyət üzvlərini insan orqanizminə vacib olan bütün qida ərzaqları ilə təmin etmək çox vacibdir.

Lakin dieotologiya daha irəli gedir. Onun məqsədi astronavtların iş qabiliyyətini optimallaşdırmaq və eyni zamanda onları zərərli çəkisizlikdən və kosmik şüalardan qorumaqdır.

Kosmosda çalışan insanların qidalanma probleminə bu qədər diqqətin ayrılması sizə qəribə gələ bilər, lakin bu problemlərin həlli bütün bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edir.

Görmə və sonsuzluq problemləri: onları nə birləşdirir

Beynəlxalq Kosmik Stansiyanın(BKS) göyərtəsində uzun müddət qalan astronavtlar və kosmonavtlar görmə problemləriylə geri qayıdırlar.

Onlar xüsusilə, qişada "pambıq ləkəsi" adlanan xəstəlikdən və optik sinir iltihabından əziyyət çəkirlər.

Başqa sözlə desək, insanlar kosmosa əla görmə qabiliyyəti ilə gedirlər, qayıdanda isə onlara eynək lazım olur.

Əvvəllər bunun səbəbi damar sisteminə mikroqravitasiyanın təsiri, xüsusilə orqanizmdə su balansının dəyişkənliyi və kəllədaxili təzyiqin yüksəlməsi hesab edilirdi.

Lakin bu nəzəriyyələr kosmosda olanların 30-40 faizinin niyə görmə ilə bağlı problemləri olduğunu izah etmək iqtidarında deyil.

Hesab edilir ki, damar sisteminin fəaliyyəti əsasən genetik amillərdən asılıdır.

Bu da mikroqravitasiya şəraitində orqanizmdə su balansının kəskin dəyişikliklərilə birlikdə göz qan damarları divarlarında keçiriciliyin yüksəlməsinə gətirib çıxarır.

Bu isə təzyiqin qalxmasına gətirib çıxarır və öz növbəsində son nəticə kimi görmə problemi yaradır.

Beynəlxalq Kosmik Stansiya

Şəklin mənbəyi, NASA

Şəklin alt yazısı, Beynəlxalq Kosmik Stansiya

Məlum olub ki, bu insanların qanında nəinki kosmosda olan zaman, həmçinin uçuşa qədər də əhəmiyyətli dərəcədə yüksək amin turşusu homosisteinin konsentrasiyası qeydə alınıb.

Homosistein demək olar ki insan orqanizminin istənilən hüceyrəsində mövcuddur.

Bu insan həyatı boyunca biokimyəvi proseslərin ən vacib komponentlərdən biridir.

Homosisteinin istehsalı üçün B vitaminin bir neçə növünün mövcud olması tələb olunur.

Kosmosda olan zaman gözlərində problem yaranmasından şikayətlənən insanlar genetik xüsusiyyətlərinə görə bu vitaminlərdən daha böyük miqdarda qəbul etməlidirlər.

Astronavt Karen Nyberg göz müayinəsindən keçir

Şəklin mənbəyi, NASA

Şəklin alt yazısı, Astronavt Karen Nyberg göz müayinəsindən keçir

Bu nəzəriyyənin sirli elementi polikistoz yumurtalıq sindromundan (PKYS) əziyyət çəkən qadınlarda adətən daha yüksək dərəcəli homosistein və həmçinin gözlə bağlı problemi olan kişi astronavtlarda qeydə alınan qan dövranı problemlərinin olması faktıdır.

PKYS sindromu qadınlarda yumurtalıqların fəaliyyətinə təsir göstərir. Bu, qadınların 20%-nə təsir edən sonsuzluğun əsas səbəbidir.

Bu xəstəliyin səbəbləri sona qədər aydın deyil və hal-hazırda müalicə üsulu yoxdur. Lakin tamamilə mümkündür ki, PKYS sindromu olan qadınlar B qrupundan olan vitaminləri yüksək miqdarda qəbul etməlidirlər.

Hələ ki, bu cür əlaqə barədə inandırıcı faktlar yoxdur. Lakin hal-hazırda NASA və Minnesota-dakı Mayo klinikasının həkimləri bu istiqamətdə tədqiqat aparırlar.

Bu tədqiqat uzun müddət komosda qalan insanın əsas risk amillərindən birini həll etməklə yanaşı, həm də milyonlarla insanın əziyyət çəkdiyi xəstəliyin təbiətini işıqlandıra bilər.

Presentational grey line

Yer xəstəxanasındakı çarpayıda kosmik təbabət

  • Kosmik dietologiya yalnız insanın uzun müddət kosmosda qalmağa uyğunlaşmaq mexanizmini başa düşməyə kömək etmir , həm də Yer üzündə həyat tərzimizi necə yaxşılaşdırmağa kömək edir.
  • Kosmosda tədqiqatlar adətən məhdud resurs şərtləri ilə aparılır və çəkisizlik amili və ya alimlərin dediyi kimi mikroqravitasiya ilə çətinləşdirilir.
  • Bu cür yer tədqiqatları bəzən başını kənara çevirərək həftələrini və aylarını xəstəxana çarpayısında uzanaraq keçirən adi insanlar üzərində aparılır
  • Bu mikroqravitasiyanın təsirini imitasiya edir, əzələ və sümük toxumaları kütləsinin azalma sürətinə nəzarət etməyə imkan yaradır.
Könüllülər tədqiqatlar zamanı bütün ayı xəstəxana çarpayısında keçirirlər

Şəklin mənbəyi, NASA

Şəklin alt yazısı, Könüllülər tədqiqatlar zamanı bütün ayı xəstəxana çarpayısında keçirirlər

Az günəş

D vitamini insan dərisində günəş şüalarının təsiri ilə yaranır. Bu vitamin sümüklərin, dişlərin və əzələlərin normal vəziyyətdə qalması üçün vacibdir.

Astronavtlar orbitdə olan zaman lazımı miqdarda günəş şüası qəbul etmirlər. Bu isə yeri qida məhsulları ilə doldurulmayan D vitamini çatışmazlığına gətirib çıxarır.

İnsolyasiya (ümumi günəş radiasiyası axını) çatışmazlığının təsirini öyrənən zaman biz günəşin 6 aylıq üfüqdən kənara çıxdığı Antarktidada, McMurdo stansiyasında qışı keçirən qütb tədqiqatçılarını müayinə etdik.

Антарктида

Şəklin mənbəyi, Getty Images

Biz burada təcübə keçirdik. Məqsəd isə D vitamini qəbulunun günəş işığını əvəz edib-etmədiyini müəyyən etmək idi.

İlkin məlumatlara görə, bu cür vitaminlərin kiçik miqdarda əlavə edilməsi orqanizmdə D vitaminin səviyyəsinin artmasına gətirib çıxarır, lakin miqdarın artırılması artıq nəzərəcarpan fayda gətirmir.

Biz həmçinin aşkar etdik ki, vitamin əlavələrinə reaksiya çəkidən və bədən kütləsindən asılıdır. Bədən kütləsi nə qədər yuxarıdırsa, bu cür əlavələr o qədər az effektlidir.

Bu onunla izah olunur ki, piy D vitaminini özünə çəkir və ona qanda qalmağa imkan vermir.

Bizim tədqiqatın nəticələri digər işlərlə yanaşı ABŞ Milli Tibbi Akademiya alımlərinə Şimali Amerika sakinlərinə D vitamini qəbul etmək barədə tövsiyə hazırlamağa köməklik edib.

Антарктида

Şəklin mənbəyi, Getty Images

İkinci tədqiqat çərçivəsində biz stressin immun sistemə necə təsir göstərdiyini təhlil etdik.

Bu, astronavtlar və qışı Antarktidada keçirən qütb tədqiqatçıları üçün də aktualdır. Biz belə bir yekun fikrə gəldik ki, bu cür əlaqə mövcuddur.

Stressin biokimyəvi əlamətləri müşahidə edilən və qanında D vitamini aşağı səviyyədə olan insanlar yolxucu infeksiyalara qarşı həssas olurlar, məsələn, orqanizmdə həmişə yatmış vəziyyətdə olan herpesə qarşı.

Normal şəraitdə aparılan bu cür tədqiqatlarda nəticələri təhrif edə biləcək sınaqdan keçirilən günəş şüalarının qaçılmaz təsirini nəzərə almaq lazımdır.

Antarktidadakı tədqiqatlarımız bizə bu amili istisna etməyə imkan verdi və belə bir nəticəyə gəldik ki, vitamin əlavələrinin dərəcə üzrə qəbulu barədə yeni tövsiyyələr əhəmiyyət kəsb edir, amma gələcəkdə miqdarın artırılması əhəmiyyətli fayda gətirmir.

Videonun alt yazısı, İldırım fəzadan belə görünür

Sümük toxumalarının sıxlığı

Kosmik tibbin köhnə problemlərindən biri uzun müddət kosmosda qalan zaman sümük toxumaları sıxlığının aşağı düşməsidir.

Astronavtlar ay ərzində təqribən, sümük kütləsinin 1%-ni itirirlər. Osteporoz (sümük toxumasının həcminin azalmasıyla müşahidə edilən xəstəlik) xəstələri bu həcmi bir il ərzində itirirlər.

Bu kütlə itkisi skeletə qravitasiya (ağırlıq) yükünün azalması nəticəsində baş verir.

Adətən, sümük kütləsinin bərpa olunmasına Yerə qayıtdıqdan sonra illər tələb olunur.

Uzun illər aparılan sınaqlardan və səhvlərdən sonra məlum olub ki, kosmik pəhrizdə bəzi dəyişikliklər sümük toxumasının vəziyyətinə müsbət təsir göstərir.

BKS-da ekspedisiya: nahar fasiləsi

Şəklin mənbəyi, NASA

Şəklin alt yazısı, Beynəlxalq kosmik stansiyada nahar fasiləsi.

Daha çox balıq, məsələn, qızıl balıq və skumbriya yeyən astronavtlar orbitdə sümük kütləsini daha az itiriblər.

Həmçinin məlum olub ki, güclü şəkildə meyvə və tərəvəzlə qidalanmaq da sümük kütləsinin qorunub saxlanmasına təsir göstərir.

Bununla yanaşı tərkibində duz və dəmir yüksək olan məhsullardan istifadə sümük kütləsinin itirilməsi prossesini sürətləndirir.

Sonrakı məlumatlar göstərib ki, düzgün qidalanan astronavtlar qanda kifyət qədər D vitaminini qoruyub saxlayıblar və fiziki məşqlər ediblər.

Kosmosda qaldıqları 6 ay ərzində onlar sümük kütləsinin itkisinə məruz qalmayıblar.

Pilotlu kosmik uçuş 50 il ərzində ilk dəfə olaraq astronavtların pəhriz və fiziki məşqlər sayəsində sümük toxuması sıxlığının normal göstəricilərini qoruyub saxlaya bildiklərini sübüt etməyə nail olub.

Bu nəticələr Yerin bütün sakinləri üçün böyük əhəmiyyət kəsb edir. Çünki, pəhrizdəki oxşar dəyişikliklər sağlamlıqla bağlı bir çox problemlərin aradan qaldırılmasına kömək edə bilər.

Astronavt

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Astronavtlara həmçinin vitaminlərələ zəngin tərəvəzlər təyin edilir

Günəş sistemi astanasında

İndi kosmosa pilotlu uçuşun altıncı onilliyi ərəfəsində biz uzaq kosmik ekspedisiyalara hazırlaşırıq.

Risk amilləri çox əhəmiyyətlidir. Lakin biz indi bilirik ki, düzgün qidalanma Marsa və ya daha uzaq planetə yollanacaq gəmi heyətinin sağlamlığını qorumağı təmin edə bilər.

Bizə XXI yüzillikdə əldə edilən kosmik dieotologiya barədə məlumatlardan cəsarətlə istifadə etmək və onları genişləndirmək lazımdır.

Bu məlumatlar nəininki gələcəkdə kosmos tədqiqatlarına, həm də bizim planetin milyonlarla sakininin sağlamlığını yaxşılaşdırmağa kömək edəcək.

Videonun alt yazısı, Havayi universitetinin Mars missiyası təlimi