Kosmonavtlar Yerə futbol üzrə Dünya Çempionatının topunu gətiriblər

Капсула корабля "Союз" спускается на парашютах

Şəklin mənbəyi, AFP

5 aylıq kosmos ezamiyyəti başa çatıb: "Soyuz MC-07" gəmisi üç ekipaj üzvü ilə uzun kosmos ezamiyyətindən sonra sağ-salamat Yerə enib.

Kosmonavtlar rusiyalı Anton Shkaplerov, amerikalı Scott Tingle və yapon Norishige Kanai-in olduğu "Soyuz" kapsulu Qazaxıstanda Jezkazqan şəhərinin yaxınlığında yerə enib.

Спускаемый аппарат в время приземления поднял в воздух облако пыли

Şəklin mənbəyi, AFP

"Roskosmos"un xilasedici vertolyotundan çəkilən kadrlardan görünür ki, kapsul enən vaxt necə tozanaq qoparır.

Антон Шкаплеров

Şəklin mənbəyi, Reuters

"Biz çox yorğunuq, amma şadıq ki, endik və Yere qayıtdıq", - kapsuldan birinci çıxan Anton Shkaplerov reportyorlara deyib. "Üstəlik havanın günəşli olması da əladır", kosmonavt əlavə edib.

Скотт Тингл

Şəklin mənbəyi, Getty Images

Kapsuldan ikinci çıxan Scott Tingle gülümsəyib və əl yelləyib.

Норисиге Канаи

Şəklin mənbəyi, AFP

Gəmini sonuncu yaponiyalı Norishige Kanai tərk edib. Öz missiyası vaxtı o, Yaponiyada Beynəlxalq Kosmik Stansiya haqqında daha çox məlumatın yayılmasına çalışıb. Bunun üçün o, kosmosdan yapon dilində tvitlər atıb.

Фотосессия после приземления

Şəklin mənbəyi, Reuters

Ekipajın üç üzvü stulda oturub, kosmonavtların ayaqlarını adyalla örtüblər.

Почерневший спускаемый аппарат

Şəklin mənbəyi, Getty Images

Amerikalı Scott Tingle və yapon Norishige Kanai Karaqandaya gediblər, ordan Texasa uçacaqlar.

Rusiyalı Anton Shkaplerov Moskvaya gedib. O, özüylə kosmosda olan futbol üzrə Dünya Çempionatının rəsmi topunu aparıb.

Beynəlxalq Kosmik Stansiya öz reportajında Anton Shkaplerov-un həmkarları ilə kosmosda necə futbol oynadığını göstərən görüntüləri nümayiş etdirib.

TASS məlumat verib ki, dünya çempionatının açılışı məhz bu topla olacaq, hərçənd FİFA bunu təsdiqləməyib.

Kosmonavtlar orbitdə olduğunu müddətdə elmi eksperimentlər aparblar. Hətta Scott Tingle açıq kosmosda manipulyatoru təmir etməli olub.