Koronavirus: Türkiyədə ilk ölüm halı qeydə alınıb

Şəklin mənbəyi, Getty Images
Türkiyədə çərşənbə axşamı günü koronavirusa yoluxmuş bir nəfər ölüb.
Bu ölkənin səhiyyə Naziri Fahrettin Koca çərşənbə axşamı günü verdiyi hesabatda ölkədə daha 51 nəfərin koronavirusa yoluxduğunu, bununla da yoluxmuş şəxslərin ümumi sayının 98-ə çıxdığını açıqlayıb.
"Səhiyyə naziri və bir həkim olaraq bu gün koronavirusla mübarizədə ilk dəfə bir xəstəmi itirdim", Türkiyə səhiyyə naziri deyib.
Azərbaycanda isə çərşənbə axşamı gününə olan rəsmi məlumata görə, 23 nəfərdə koronavirus aşkarlanıb, bir nəfər ölüb, 11 nəfər sağalıb.
Ölkədə koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi"-nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, indiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb. "Hazırda karantində 560 nəfər var, bu günə qədər 4200-ə qədər müayinə aparılıb", o deyib.


Azərbaycanda koronavirusla bağlı "sosial izolyasiya" tədbirləri barədə qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə kütləvi tədbirlər təxirə salınır və ya ləğv olunur. Şənbə günü qüvvəyə minən qərar ardınca onun icrası ilə bağlı müxtəlif məlumatlar yayılıb.
Koronavirusa qarşı yönələn "sosial izolyasiya" tədbirləri barədə daha ətraflı bu keçiddən oxuyunAzərbaycanda koronavirus: Toy və yaslara qadağa, apteklər və mağazalar əvvəlki kimi işləyəcək. Koronavirusla bağlı digər məlumatlarla BBC News Azərbaycancanın müntəzəm yenilənən xüsusi səhifəsində tanış ola bilərsiniz.









