Metronun işləməməsi sərnişindaşımada sıxlıq yaradır
Çərşənbə günü səhəri Bakıda ictimai nəqliyyatda sıxlıq yaşanıb.
BBC News Azərbaycancanın müxbirləri şəhərin 20 Yanvar dairəsində sıxlığı müşahidə edib.
Sıxlığa səbəb kimi Bakı metrosunda iyunun 3-ü saat 19:00 radələrində elektrik enerjisinin kəsilməsi səbəbilə işləməməsi göstərilir.
Bakı Nəqliyyat Agentliyi əsas istiqamətlərdə hərəkət edən avtobuslarda gedişin pulsuz olmasını elan edib.
Buna baxmayaraq sabit xətt üzrə hərəkət edən marşurut avtobuslarında səhər saatlarında sıxlıq olub. Sərnişinlər mənzil başına çatmaqda çətinlik yaşayıblar.
Elektrik enerjisinin ölkəboyu kəsilməsi iyulun 2-dən 3-nə keçən gecə Migəçevirdəki Azərbaycan İES-da qəza baş verən qəza ilə bağlı olub. Bu səbəbdən bir çox bölgələr, o cümələdən Bakı saatlarla işıqsız qalıb.
İyulun 3-də bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa olunsa da, bir neçə saat sonra təkrar qəza nəticəsində ölkədə yenidən işıq böhranı yaranıb. İyulun 3-ü axşam saatlarında elektrik enerjisi bərpa olunsa da, növbəti gün Bakı metropoliteni saat 13 radələrinə kimi işləməyib.
Metropolitenin normal iş rejimi saat 13:10-da bərpa olunub.
Həmçinin bunu da oxuyun:



