Lütfi Zadə dəfn edilib

Lütfi Zadə

Şəklin mənbəyi, AZƏRBAYCANIN LOS ANGELESDƏKİ KONSULLUĞU/FACEBOOK

Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunub.

Bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasında onunla iki saatlıq vida mərasimi keçirilib. Vida mərasimində prezident İlham Əliyev iştirak edib, Azərtac xəbər verir.

Lütfi Zadənin cənazəsi

Şəklin mənbəyi, Azertac

Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev, AMEA prezidenti Akif Əlizadə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, MSK sədri Məzahir Pənahov və digər şəxslərin iştirak etdiyi deyilir.

Lütfi Zadənin cənazəsi 29 sentyabr 03.00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanından Heydər məscidinə aparılıb.

Lütfi Zadənin cənazəsi

Şəklin mənbəyi, APA

Şəklin alt yazısı, Lütfi Zadənin cənazəsi 29 sentyabr 03.00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanından Heydər məscidinə aparılıb.

Məsciddə cənazə namazı qılınıb və Lütfi Zadənin ruhuna dualar oxunub, məlumatlarda deyilir.

Dünya şöhrətli alim sentyabrın 6-da 96 yaşında ABŞ-ın Kaliforniya ştatında vəfat edib.