İranda daşqınlar: 12 nəfər ölüb, itkin düşənlər var

Daşqın

Şəklin mənbəyi, Mizan

Şəklin alt yazısı, Daşqın ölkənin şimal-şərqində baş verib.

İranın şimal-şərqindəki bölgələrdə güclü daşqın 12 nəfərin ölümünə bais olub, itkin düşənlər var, hakimiyyət bildirir.

Leysan yağışlardan sonra başlayan daşqın nəticəsində Gülüstan, Gilan, Rəzəvi Xorasan, Şimali Xorasan və Simnan vilayətlərində bəzi yollar bağlı qalır, AFP agentliyi bildirir.

Daşqın

Şəklin mənbəyi, Mizan

Fövqəladə hadisələr üzrə qurumun rəhbəri təbii fəlakət nəticəsində Rəzəvi Xorasanda 7, Gülüstanda 4 və Şimali Xorasan vilayətində 1 nəfərin həlak olduğunu bildirib.

İsmayıl Nacar sakinləri evlərdə qalmağa və rəsmi xidmətlərin xəbərdarlıqları ilə tövsiyələrinə diqqət yetirməyə çağırıb.

O, yerlərdə yardım əməliyyatının davam etdirildiyini bildirir.

Daşqın

Şəklin mənbəyi, Mehr

Şəklin alt yazısı, İranın Qızıl Aypara cəmiyyəti 21 şəhər və kənddə daşqından zərərçəkmişlərə yardım göstərildiyini bildirir.

İSNA agentliyi yardım əməliyyatının davam etdirildiyini xəbər verir.

Mətbuata əsasən bəzi yaşayış məntəqələrilə nəqliyyat əlaqəsi tam kəsilib.

İranın Qızıl Aypara cəmiyyəti 21 şəhər və kənddə daşqından zərərçəkmişlərə yardım göstərildiyini qeyd edir.

Elektrik və su təchizatında yaranmış problemlərin aradan qaldırılmasına yönələn işlərin aparıldığı bildirilir.