Türkiyədə Azərbaycan-Ermənistan sazişi barədə nə danışırlar?

Şəklin mənbəyi, President.az
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan avqustun 11-də bildirib ki, Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanan saziş "Cənubi Qafqazda davamlı sülhün qurulmasına aparan tarixi addım" oldu.
"Azərbaycana qarşı olan məhdudiyyətlərin aradan qaldırılmış olması da sevindiricidir. Bütün bunlarda duyduğumuz məmnunluğu İlham qardaşıma da bildirdim", - Erdoğan deyib.
Lakin bu razılaşmadan Türkiyədə heç də hər kəs məmnun görünmür.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube kanalımızda baxın.
Hətta Türkiyədə hökumətə yaxın medialarda gedən müzakirələrdə də narahatlıq müşahidə etmək mümkündür.
Türkiyəli professor Cihat Yaycı TV100 kanalına açıqlamasında ABŞ, Azərbaycan və Ermənistan arasında avqustun 8-də imzalanan razılaşmada Türkiyənin iştirak etməməsindən narahatlığını dilə gətirib.
Onun fikrincə, Zəngəzur dəhlizi Türkiyə ərazisindən də keçdiyi üçün rəsmi Ankara da Vaşinqtondakı görüşdə təmsil olunmalı idi.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
"Bu dəhliz Azərbaycan dəhlizi deyilmi? Azərbaycan torpağındadır, Ermənistandan da keçir, amma burada Türkiyədə var. Türkiyə olmadığı təqdirdə bu dəhliz nə işə yarayar? Heç bir işə yaramaz. O zaman niyə Türkiyə masada deyil?" - deyə Cihat Yaycı sual edib.
Hökumətə yaxın olduğu deyilən TGRT Haber kanalında gedən müzakirələrdə isə nəzarətin ABŞ-a keçməsindən əlavə, həm də Türkiyənin Zəngəzur dəhlizindən azad şəkildə istifadə edə bilməyəcəyi məsələsi qabardılıb.
İstinye Universitetinin elmi əməkdaşı Özgenur Ceyhan Güler deyib ki, ABŞ-ın bu qədər uzun müddətə nəzarətə sahib olması Türkiyənin dəhliz üzərindəki "strateji təsirini çox uzun müddətə məhdudlaşdıra bilər".
İstanbul Kent Universitetinin professoru Çağlar Özer isə deyib ki, razılaşma Vaşinqtonda Türkiyənin iştirakı olmadan imzalansa da, bunun "memarı Prezident Erdoğandır".
O, ABŞ Prezidenti Donald Trampın Zəngəzur dəhlizinə "hazır şəkildə sahibləndiyini" diqqətə çatdırıb.
Türkiyədə müstəqil siyasi təhlilçilər isə hesab edir ki, Ankaranın iştirakı olmadan imzalanan bu razılaşma Türkiyənin özü üçün də risklər yaratsa da, bu məsələdə Azərbaycan müstəqil siyasət yeridir.
Xarici siyasət məsələləri üzrə təhlilçi Aydın Sezerin sözlərinə görə, İlham Əliyev o qədər müstəqil siyasət yürüdür ki, Türkiyənin maraqlarını bəzən gözardı edir.
"Əliyev elə bir müstəqil və güclü xarici siyasət aparır ki, Türkiyəyə Ermənistan məsələsində addım atdırmır, özünün İsraillə münasibətləri məsələsində də Türkiyənin ağzını açdırmır", - Aydın Sezer TELE1 televiziyasına müsahibəsində bildirib.
Prezident İlham Əliyev Vaşinqton görüşündən bir gün sonra Prezident Erdoğana zəng edərək əldə edilmiş razılaşmanın əhəmiyyəti barədə danışıb.
O, Azərbaycanla Ermənistan arasında normallaşma prosesində oynadığı rola görə türkiyəli həmkarına təşəkkür edib.







