Azərbaycan-Ermənistan razılaşması: Bakıda nə düşünürlər?

Şəklin mənbəyi, AP
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycan və Ermənistan avqustun 11-də sülh sazişinin mətnini yayımlayıb.
Rəsmi Bakı və Yerevan 17 maddədən ibarət müqavilə ilə bölgədə davamlı, ədalətli və hərtərəfli sülh yaratmağa söz veriblər.
Bakı və Yerevan ABŞ-da bu mətni paraflayıblar.
Avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyev, Baş nazir Nikol Paşinyan ABŞ Prezidenti Donald Trump-ın iştirakı ilə birgə bəyannamə də qəbul ediblər.
Onların razılıq əldə etdikləri məsələlərdən biri də "Zəngəzur dəhlizi" olub.
Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol ABŞ şirkətinə həvalə ediləcək və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlanacaq.
İki ölkə arasında intensivləşmiş sülh danışıqları, Vaşinqton bəyannaməsi barədə Bakı sakinləri nə düşünürlər?
Video açılmırsa, Youtube kanalımızda izləyin.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Bəzi Bakı sakinləri sülh danışıqlarının bu mərhələyə çatmasından sevincini gizlətmir.
"Biz çoxdan gözləyirdik müqavilə bağlansın, Ermənistana etibarımız yox idi, belə bir güclü dövlətə ehtiyac vardı", - müsahiblərdən biri deyir.
Başqa bir müsahib isə deyir ki, hələ sülh bağlanmayıb: "Sülh nə vaxt bağlanacaq, onu bilmək olmaz".







