Azərbaycan-Ermənistan razılaşması: Yerevanda nə düşünürlər?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycan və Ermənistan avqustun 11-də sülh sazişinin mətnini yayımlayıb.
Rəsmi Bakı və Yerevan 17 maddədən ibarət müqavilə ilə bölgədə davamlı, ədalətli və hərtərəfli sülh yaratmağa söz veriblər.
Daha əvvəl ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündə isə razılıq əldə edilən məsələlərdən biri də "Zəngəzur dəhlizi" olub.
Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol ABŞ şirkətinə həvalə ediləcək və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlanacaq.
Ermənistan rəhbərliyi marşrutun Ermənistanın suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcəyini və Azərbaycanın yurisdiksiyası altında olan kommunikasiyaların da Ermənistan üçün açılacağını iddia edir.
Lakin ölkə vətəndaşlarının açıqlanan sülh sazişinin mətninə və bütün bu tədbirlərin bölgəyə davamlı sülh gətirəcəyinə münasibəti fərqlidir.
Müxbirimiz Ermənistan paytaxtında onların fikirlərini öyrənib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, Youtube kanalımızda izləyin.
Bəzi Yerevan sakinləri iki xalq arasında gərginliyin nəhayət çözülməsinə və normal qonşuluq münasibətlərinə gətirəcəyinə inanır, bəziləri isə heç kəsə və heç nəyə inanmadıqlarını deyirlər.







