Mariya Zaxarovadan "Tramp marşrutu" açıqlaması

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova

Şəklin mənbəyi, Rusiya Xarici İşlər Nazirliyi/Youtube

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Moskva Əliyev və Paşinyanın Trampın vasitəçiliyi ilə imzaladığı birgə bəyannaməni müsbət qiymətləndirir və regional kommunikasiyaların açılması ilə bağlı Vaşinqton bəyanatlarını da təhlil edəcək.

Bununla bağlı bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, Youtube kanalımızda izləyin.

Avqustun 8-də ABŞ Prezidenti Donald Trump bəyan edib ki, tərəflər "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nu təsdiqləyiblər.

Bu tranzit Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldur.

Mariya Zaxarova deyib ki, regional kommunikasiyaların açılması ilə bağlı Rusiya iştiraklı üçtərəfli razılaşmalar hələ də aktualdır və tərəflərdən heç biri onlardan çıxmayıb.

2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında bağlanan 10 noyabr bəyanatında göstərilir ki, regional nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiya sərhədçiləri həyata keçirəcək.

Vaşinqtonda keçirilən görüşdə Prezident Trump deyib ki, "Tramp marşrutu" amerikalı şirkətlərə 99 illiyinə icarəyə veriləcək.

Mariya Zaxarova xatırladıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür və "tranzit yükdaşımalarının təşkilində bu faktor nəzərə alınmalıdır".

Rusiya XİN sözçüsü onu da vurğulayıb ki, hazırda Ermənistan-İran sərhədini rus sərhədçiləri qoruyur.

Zaxarovanın bu açıqlamasına hələlik nə Bakı, nə də Yerevan reaksiya verib.