Putin sülh üçün İstanbula getmədi. Elə Trump da

Şəklin mənbəyi, Getty Images
Rusiya Prezidenti Putin sülh danışıqları üçün İstanbula getməyib. Onu Ukrayna ilə danışıqlarda köməkçisi təmsil edir, Kreml açıqlayıb.
Putin İstanbula gəlsəydi, ABŞ Prezidenti Donald Trump da bu görüşə qoşulacağını demişdi.
Mayın 11-də Putin özü Zelenski ilə sülh danışıqlarına çağırış etmişdi.
Zelenski də İstanbulda onu şəxsən gözləyəcəyini demişdi.
Ukrayna Prezidentinin özü artıq Türkiyədədir və deyib ki, o, Rusiya liderindən başqa heç kimlə danışıqlar aparmayacaq.
Təhlilçilərə görə, Putinin gəlməməsi Ukraynanı və Zelenskini danışıqları baltalamaq ittihamlarından xilas edə bilər.



