You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Putin və Pezeşkian Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Rusiya və İran prezidentləri Azərbaycan və Ermənistan arasında sülh prosesini telefonda müzakirə ediblər.
Bu barədə liderlərin rəsmi saytlarında məlumat verilib.
Pezeşkian Putinə deyib ki, Azərbaycan, Ermənistan və Amerika Birləşmiş Ştatları arasında razılaşdırılmış "Tramp Yolu" ilə bağlı İran və Rusiyanın da narahatlıqları nəzərə alınıb.
Video açılmırsa, YouTube kanalımızda izləyin.
Bununla belə o, 3+3 formatının daha səmərəli olduğunu bildirib.
"Hesab edirəm, İran və Rusiyanın da iştirak etdiyi 3+3 formatlı danışıqlar Qafqazda problemlərin həlli üçün daha səmərəli və təsirli mexanizmdir", - Pezeşkian qeyd edib.
3+3 formatı Türkiyə, İran və Rusiya ilə birlikdə region ölkələri Azərbaycan, Ermənistan və Gürcüstanı birləşdirən platformadır.
Bu format Bakı və Yerevan arasında sülhün yaradılması məqsədilə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2020-ci ildə irəli sürülüb.
Vaşinqton görüşündə Azərbaycan və Ermənistan avqustun 8-də Zəngəzur dəhlizinin 99 illiyinə Amerika şirkətinin nəzarətinə verilməsi barədə razılığa gəlib.
Zəngəzur dəhlizinin Amerika şirkətinə həvalə edilməsi İran və Rusiyada narazılıqla qarşılanıb.