Zəngəzur dəhlizi və ya Tramp marşrutu nədir?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündə razılıq edilən əldə məsələlərdən biri də "Zəngəzur dəhlizi" olub.

Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol ABŞ şirkətinə həvalə ediləcək və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlanacaq.

Prezident Donald Trump bildirib ki, yol 99 illiyinə icarəyə veriləcək, amma sonradan daha 99 il uzadılacaq.

İkinci Qarabağ müharibəsi bitəndən bəri Azərbaycanla Ermənistan bu nəqliyyat yolu ilə bağlı heç cür ortaq məxrəcə gələ bilmirdi.

Xüsusilə, Rusiya 10 noyabr bəyanatına istinad edərək bu dəhlizə iddiasını hər fürsətdə ortaya qoyub. İranın mühafizəkar hakimiyyət qolu "Zəngəzur dəhlizi"ni özünün "qırmızı xətti" sayıb.

Azərbaycanın indiyə kimi "Zəngəzur dəhlizi" adlandırdığı, bundan sonra "Tramp marşrutu" adlanacaq bu yol nədir, hardan keçir?

Video açılmırsa, Youtube kanalımızda baxın