Erməni kəndlilər Yerevana yürüş edirlər

Şəklin mənbəyi, "Tavuş Vətən Naminə" hərəkatı / FB
Ermənistanın Azərbaycanla sərhəd Kirants kəndinin sakinləri Yerevana yürüşə başlayıblar.
VideonuYOUTUBEkanalımızda izləyin.
Etirazçılar hökuməti Azərbaycanla sərhədlərin müəyyənləşməsində birtərəfli güzəştə getməkdə ittiham edirlər.
Yürüşə Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan başçılıq edir.
Onlar mayın 9-dək Yerevana çatmaq istəyirlər.
Aprel ayında Ermənistan nəzarətində olan 4 kəndi Azərbaycana qaytarmağa razı olub. Bundan sonra ölkənin ayrı-ayrı bölgələrində Tavuş sakinlərinə dəstək aksiyaları keçirilib.
Ermənistan hökuməti bildirib ki, kəndlərin qaytarılması "Ermənistanın ərazi bütovlüyünün düzəldilməsi üçündür".
Bu etirazlar fonunda Baş nazir Paşinyan xanımına yolda gül alması kadrlarını sosial mediada paylaşıb.







