Yəhudilər niyə Azərbaycanı "İbrahim sazişləri"nə qoşmaq istəyir?

İsrail, Azərbaycan, İlham Əliyev, Netanyahu, siyasət, hərbi, iqtisadiyyat

Şəklin mənbəyi, ISRAELI PM / YouTube

Yəhudi din xadimləri Azərbaycanın "İbrahim sazişləri"nə qoşulmasına çalışırlar.

Hətta amerikalı yəhudilər bu il bununla bağlı Ağ Ev rəhbəri Donald Trump-a məktub da ünvanlayıblar.

Digər diqqət çəkən məqam odur ki, Prezident İlham Əliyev son illər səfər etdiyi qərb ölkələrinin bəzilərində yəhudi din xadimləri ilə də görüşlər keçirir.

Görünür, bu sazişdə yer almaq Azərbaycanın da ürəyindəndir.

Bəs "İbrahim sazişləri" nədir və niyə Azərbaycanı ora qoşmaq istəyirlər?

"İbrahim sazişləri" 2020-ci ildə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanıb.

Sazişin ilk məqsədi ərəb ölkələri ilə İsrail arasında normallaşma prosesini başlatmaq olub.

Birləşmiş Ştatlar mayın 13-də bu sazişin daha geniş ərazini əhatə edəcəyini açıqlayıb.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

İsrail mediasının yazdığına görə, rəsmi Bakının bu sazişə qoşulması Birləşmiş Ştatların Azərbaycan hökumətinə siyasi və iqtisadi dəstəyini artıra bilər.

Yəhudi din xadimləri hesab edirlər ki, Azərbaycan "İbrahim sazişləri"nə qoşularsa, Ağ Ev də buna jest olaraq 907-ci düzəlişi ləğv edə bilər.

907-ci düzəliş Birləşmiş Ştatlardan Azərbaycana yardımların dayandırılmasını nəzərdə tutan sənəddir.

Azərbaycanda hökumətə yaxın siyasi təhlilçilər hesab edir ki, "İbrahim sazişləri"nə qoşulmaq Azərbaycan ilə İsrail arasında da iqtisadi, enerji və hərbi sahədə əməkdaşlığı artıracaq.

Görünür, Birləşmiş Ştatlar üçün bu saziş təkcə müsəlman ölkələrlə İsrail arasında əməkdaşlıq qurmaq üçün yox, həm də yeni iqtisadi dəhliz yaratmaq üçün vacibdir.

Çünki Stiv Vitkof hesab edir ki, Yaxın Şərqdəki ölkələrlə yanaşı, Azərbaycan və Ermənistanın da burada yer alması Birləşmiş Ştatların Çinlə iqtisadi mübarizəsini gücləndirəcək.

Belə ki, Çinin "Bir Kəmər - Bir Yol" layihəsinə alternativ olaraq, Donald Tramp özünün Hindistan-Mərkəzi Şərq-Avropa İqtisadi Dəhlizi (IMEEC) ideyasını reallaşdırmaq istəyir.

Azərbaycan isə burada tranzit ölkə rolunu oynaya bilər.

Videoya YouTube kanalımızda baxın.