Erdoğanın BMT-də çıxışı: “Qarabağ Azərbaycan torpağıdır”

Şəklin mənbəyi, Getty Images
Qarabağ "Azərbaycan torpağıdır”, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan çərşənbə axşamı günü BMT-nin New-York-da yerləşən mənzil qərargahında, 145 ölkənin hökumət və dövlət başçılarının toplaşdığı yığıncağında çıxış edərkən deyib.
Qurumun 78-ci sessiyasının əsas mövzuları sülh, təhlükəsizlik, inkişaf, iqlim dəyişikliyi və sair olub.
Cənubi Qafqazda sülh və firavanlıq məsələlərinə toxunan cənab Erdoğan bölgədə sülhün, firavanlığın və işbirliyinin qurulmasına gedən yolda tarixi fürsətdən bəhs edib.
Erdoğanın çıxışından bir hissəni Youtube-dan izləyin.
