BBC Azərbaycancanın reportajından sonra qaziyə veteranlıq vəsiqəsi veriləcək

Qazi Orxan Quliyev Azərbaycan, İkinci Qarabağ müharibəsi, Cəbhədə döyüşlər Qarabağda döyüşlər Ağdam
Şəklin alt yazısı, İkinci Qarabağ müharibəsində döyüşmüş Orxan Quliyev
    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca

Azərbaycan hökuməti keçmiş döyüşçü Orxan Quliyevə veteranlıq vəsiqəsinin veriləcəyini bildirib.

Müdafiə Nazirliyindən BBC Azərbaycancaya deyiblər ki, onun İkinci Qarabağ müharibəsində iştirakından sonra indiyədək yığılıb qalmış müavinətinin hamısı ödəniləcək.

BBC Azərbaycanca Orxan Quliyev və onun Bakı bazarlarından birində işləyən atası ilə görüşüb.

Orxan Quliyev bu ilin aprelində BBC-yə müsahibəsində müharibədə yaralandıqdan sonra baxımsız qaldığını və vəziyyətinin ağırlaşdığını bildirmişdi.

Videonu Youtube-dan izləyin.