İran Prezidenti İbrahim Rəisi kim idi?

İbrahem Reisi İbrahem Raisi İbrahim Rəisi İran İran Prezidenti Helikopter qəzası vertolyot qəzası İranda vertolyot qəzası İranda vertolyot qəzaya düşüb

Şəklin mənbəyi, Getty Images

İranın səkkizinci Prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzası nəticəsində həlak olub, rəsmi media bildirib.

Xilasedicilər təxminən 12 saatdan sonra cənab Rəisini və digər yüksək rütbəli İran rəsmilərini daşıyan helikopterin yerini tapıblar.

İbrahim Rəisi mayın 19-da Azərbaycanla sərhəddə Prezident İlham Əliyevlə görüşəndən sonra Təbrizə gedirmiş, İran mediası yazıb.

Azərbaycan və İran prezidentləri bazar günü Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak ediblər.

Qəzadan təxminən 12 saat sonra İbrahim Rəisinin həlak olduğu helikopterinin qalıqları tapılıb.

İran

Şəklin mənbəyi, Tasnim

İbrahim Rəisi ultra-mühafizəkar siyasətçi və din xadimi hesab olunub.

Məşhəd şəhərində doğulmuş Rəisi dini təhsil alıb və mühafizəkar ailədə böyüyüb.

O, 25 yaşında ikən Tehran prokurorunun müavini təyin edilib.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Daha sonra Tehranın prokuroru, sonra İranın Baş Təftiş Təşkilatının rəhbəri və məhkəmə hakiminin birinci müavini olub.

2014-cü ildə, o, İranın Baş prokuroru təyin edilib.

2017-ci ildə Rəisi çoxları üçün gözlənilməz olsa da, prezidentliyə namizədliyini irəli sürüb, amma qalib olmayıb.

O, 2019-cu ildə ədliyyə orqanlarının rəhbəri təyin edilib.

Rəisi İslam Respublikası tarixində ən aşağı seçici fəallığının qeydə alındığı 2021-ci il İranın prezident seçkilərində qalib gəlib.

1988-ci ildə İran və İraq arasında səkkiz illik müharibə başa çatdıqdan sonra minlərlə məhbusun edam edilməsiylə əlaqədar ABŞ Rəisiyə sanksiya elan edib.

İbrahim Rəisi bu məsələdə rolunun olması ilə bağlı iddialara açıq cavab verməyib.

Bəziləri o dövrdə baş verənlərə görə, ona “qatil” ləqəbini qoşublar.

BBC Farsca yazır ki, bir çox iranlıya görə, İbrahim Rəisi Xameneyinin istəklərini yerinə yetirən biridir və buna görə də 2022-ci ildə keçirilmiş etirazlarda demək olar ki, ona qarşı şüarlar səslənməyib. Əsas hədəf Ali dini lider olub.

63 yaşlı Rəisi İranın ali dini lideri Ayətullah Əli Xameneyinin mümkün xələfi sayılıb. Belə ki, bəzi təhlilçilərə görə, o, Xameneyidən sonra onu əvəz edə bilərdi.