İranda Prezident İbrahim Rəisinin nəşi Məşhəd şəhərində dəfn olunub

İbrahim Rəisi Əmir Abdullahiyan

Şəklin mənbəyi, İRNA

İranın şimal-qərbində helikopter qəzasında ölmüş Prezident İbrahim Rəisinin nəşi cümə axşamı günü Məşhəd şəhərinə aparılaraq, orda dəfn edilib, İranın rəsmi İRNA saytı yazır.

Sayt bildirir ki, eks-prezident İmam Rza ziyarətgahında dəfn edilib.

"İranın eyni qəzada ölmüş xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə paytaxt Tehranın cənubundakı Rey şəhərində, Əbdül-Əzim əl-Həssaninin ziyarətgahında dəfn edilib", saytın digər xəbərində deyilir.

Mayın 19-da İranın Şərqi Azərbaycan vilayəti ərazisində qəzaya uğramış İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və daha yeddi nəfərlə vida mərasimi çərşənbə günü Tehran Universitetində keçirilib.

Helikopterin Təbrizə neft emalı zavoduna gedərkən qəzaya uğradığı bildirilib.

Vida mərasimində iştirak edən sakinlər "Bu gün matəmdir" qışqıraraq başsağlığı veriblər, İranın rəsmi xəbər agentliyi bildirib.

Mərasimdə İranın Ali dini lideri Ayətullah Xameneyi və ölkənin başqa dövlət adamları iştirak edib.

İranda baş vermiş qəza ilə bağlı 5 günlük matəm elan edib.

iran, ibrahim rəisi, dəfn, hekilopter qəzası

Şəklin mənbəyi, İRNA

Tehran Universitetindəki anım mərasimində Xameneyi həlak olanların cənazə namazını qıldırıb.

Bugunki anım mərasimində iştirak edənlər arasında HƏMAS qruplaşmasının liderlərindən biri İsmayıl Haniyyənin də olduğu bildirilir.

Bu gün 40-dan artıq yüksək rütbəli xarici nümayəndə heyətinin anım mərasimində iştirak edəcəyi gözlənilir.

Azərbaycanın Baş naziri Əli Əsədov, xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmilər də mərasimdə iştirak edəcək, Azərtac yazıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan, Tacikistanın Prezidenti İmamali Rahman anım mərasimində iştirak etmək üçün Tehrana gedib.

İran

Şəklin mənbəyi, İRNA

Şəklin alt yazısı, Ayətullah Xameneyi həlak olanların cənazəsi qarşısında
İbrahim Rəisi, Hüseyn Abdullahyan, dəfn, vida

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Helikopter qəzasında həlak olmuş rəsmilərlə vida mərasimləri keçirilir

Həlak olanlarla vida mərasimi ötən gün Qumda və Təbrizdə keçirilib.

Minlərlə iranlı mərasimdə iştirak edib.

Ötən gün Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib, matən kitabına ürək sözlərini yazıb, president.az saytı bildirib.

Rəisinin sonuncu görüşdüyü dövlət adamı İlham Əliyev olub.

Bazar günü Azərbaycan və İran prezidentləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak ediblər.

Helikopterin "sərt eniş" etməsinə dair xəbərlər ilk dəfə bazar günü, axşam saat 4-dən sonra verilib. Xilasedicilər təxminən 18 saat sonra qəza yerinə çatıblar.

İbrahim Rəisi, iran, dəfn

Şəklin mənbəyi, İRNA

İranın xəbər agentliyinin məlumatına görə, helikopterin qəzaya uğramasına “uyğun olmayan hava şəraiti" səbəb olub.

İran Prezidenti İbrahim Rəisidən başqa, helikopterdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imamı Seyid Məhəmməd Əl Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Sərdar Seyid Mehdi Musəvi, Prezidentin Mühafizə Birliyinin komandiri, 2 pilot və bir ekipaj üzvü olub.

Məhəmməd Möhbər İranın müvəqqəti prezidenti təyin edilib, İranın dini lideri Ayətullah Xameneyi belə qərar verib. O, bu vəzifəni iki ay icra edəcək. İran Konstitusiyasına görə, 50 gün ərzində prezident seçkiləri keçirilməlidir. Seçkilər 28 iyuna təyin edilib.

Azərbaycan, Rusiya, Ermənistan, İraq, Birləşmiş Ərəb Əmirlikləri İrana dəstək təklif edib.

İranlılar Rəisinin ölüm xəbərini necə qarşıladı?

İbrahim Rəisi həlak olub

Şəklin mənbəyi, Reuters

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Prezident İbrahim Rəisinin ölüm xəbərinin təsdiqlənməsindən bir neçə saat sonra İran hökumətinin tərəfdarları Tehranda meydanlara axışmağa başlayıblar. Onlar əllərində mərhum prezidentin fotolarını tutublar.

Lakin qeyd etmək vacibdir ki, keçmişdə oxşar tədbirlərdə insanlar məktəblərdən və dövlət idarələrindən avtobuslara yığılaraq, məcburi şəkildə küçələrə gətirilib.

BBC News Farscadan Ciyar Qul yazır ki, dünəndən bəri İran İslam Respublikasının bir çox tərəfdarı prezidentin salamat qayıtması üçün dua ediblər.

Dövlət mediası İbrahim Rəisini "şəhid və yoxsulların prezidenti" adlandırır.

Lakin sosial mediada bir çox iranlı onun qəzaya uğraması və həlak olmasıyla bağlı sevinclərini ifadə ediblər.

Bu, yəqin ona görədir ki, Rəisi narazılıq yaradan bir fiqur idi. Ali dini liderə çox sadiq və itaətkar idi. O, təhlükəsizlik və məhkəmə sistemləri vasitəsilə məşhurlaşıb.

1980-ci illərdə prokuror kimi Rəisi 5000-dən çox siyasi məhbusun edam edilməsində mühüm rol oynayıb. Qurbanların ailələrinin çoxu qarışıq emosiyalar ifadə edib; çoxları ona nifrət etsə də, insanlığa qarşı cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında ədalətlə üzləşmək üçün sağ qalacağına ümid edirdilər.

Helikopter qəzası barədə daha nə məlumdur?

İranda Rəisinin matəmi

Şəklin mənbəyi, EPA-EFE/REX/Shutterstock

İran mediası yazır ki, helikopterdə olanlardan biri, Təbrizin Cümə İmamı Məhəmməd Əli Əl-Haşim qəzadan təxminən bir saat sonra hələ sağ olub - "bədənində digərlərinə nisbətən daha az yanıq olub" və yardım çağırmağa çalışıb.

O, hətta prezidentin ofisi ilə əlaqə yaratmağa çalışıb, İranın Böhran İdarəsi Agentliyinin rəhbəri Məhəmməd Nami deyib.

"Sərnişinləri tanımaq üçün DNT testinə ehtiyac olmayıb", Nami əlavə edib.

İran, İbrahim Rəisi, matəm

Şəklin mənbəyi, EPA-EFE/REX/Shutterstock

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif helikopterin qəzaya uğramasında “əsas günahkarlardan biri” kimi ABŞ hökumətini ittiham edib.

“Dünənki fəlakətin əsas günahkarlarından biri Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, İrana təyyarə və aviasiya hissələrinin satışına embarqo qoyan və İran xalqının yaxşı aviasiya imkanlarından istifadə etməsinə icazə verməyən Amerika Birləşmiş Ştatlarıdır”, İran mediası onun yazılarından sitat gətirib.

“Əlbəttə, bu məsələ də Amerikanın İran xalqına qarşı cinayətlərinin qara siyahısına salınacaq”.

Azərbaycan Prezidenti Rəisinin ölüm xəbərindən sarsıldığını bildirib

Azərbaycan Prezidenti İlham Əliyev İbrahim Rəisinin, İranın xarici işlər naziri və helikopterdəki digər şəxslərin faciəli surətdə həlak olması xəbərindən sarsıldığını bildirib.

“Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq”,- o, İranın Ali dini lideri Ayətullah Xameneyinə göndərdiyi başsağlığı məktubunda bildirib.

Qəza ilə əlaqədar İranın Azərbaycandakı səfirliyində bayraq endirilib, Azərtac bildirib.

Paşinyan baş verimiş hadisədən "şoka düşdüyünü" bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan da İranın ali dini liderinə başsağlığı verib. Nikol Paşinyan bildirib ki, o, baş vermiş hadisədən şoka düşüb”.

“Ermənistan hökuməti və xalqı adından əziz dostum və həmkarım, Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və onları müşayiət edənlərin faciəvi ölümü ilə bağlı başsağlığı verirəm.

Bu çətin zamanda İran hökumətinə və xalqına dəstək sözlərimi çatdırır, onlara güc və əzm arzulayıram.

Ermənistan və erməni xalqı İran üçün bu ağır dövrdə dost və qonşu dövlətimizin və xalqımızın yanındadır”, - Paşinyan bildirib.

Pakistan bir günlük matəm elan edəcəyini deyir

Pakistanın Baş naziri Şahbaz Şərif Rəisinin ölümünün "dəhşətli itki" olduğunu və Pakistan xalqının bir gün matəm elan edəcəyini açıqlayıb.

Hindistanın Baş naziri Narendra Modi X hesabında Prezident Rəisinin faciəvi ölümündən “dərin kədərləndiyini və sarsıldığını” bildirib. O, öz xalqının “bu kədərli zamanda” “İranın yanında olduğunu” qeyd edib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan da bu müddət ərzində ölkəsinin İranın yanında olduğunu bildirib,- Reuters xəbər verir.

Venesuela Prezidenti Nikolas Maduro isə həlak olmuş Prezident Rəisini “qeyd-şərtsiz dost və qeyri-adi lider” kimi xarakterizə edib.

Həmas: “İranla tam həmrəyliyimiz var”

Həmas İran Prezidenti İbrahim Rəisinin və xarici işlər nazirinin ölümü ilə bağlı başsağlığı verib. Qrupun rəsmi saytında yayımlanan bəyanatda Həmas-ın "qardaş İran xalqının kədər və ağrısını bölüşdüyü” deyilir.

“İranla tam həmrəyliyimiz var”, - qrup bildirib.

Bəyanatda helikopter qəzasında ölənlər "İranın intibah dövründə uzun bir yol keçmiş ən yaxşı İran liderlərindən ibarət qrup" kimi təsvir edilir.

1979-cu il İslam İnqilabından bəri İsraili özünə düşmən sayan İran maliyyə, silah və təlimlə dəstək verərək, Həmas da daxil olmaqla, Yaxın Şərqdə dəstək qüvvələr yaratmaq üçün illər sərf edib.

helikopter qəzası, iran, ibrahim rəisi

Şəklin mənbəyi, Tasnim

Şəklin alt yazısı, İbrahim Rəisini aparan helikopterin qəzasının ilk görüntüləri

Qəza yerindən "həyat əlaməti yoxdur"

Bazar ertəsi günü səhər saatlarında axtarış qrupları prezident İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğradığı yeri tapıb.

İranın dövlət televiziyası bildirib ki, helikopterin qəza yerində “həyat əlaməti yoxdur”.

İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri dövlət televiziyasına deyib ki, vəziyyət “yaxşı” deyil.

iran prezidenti, helikopter, qəza

Şəklin mənbəyi, TASNİM

Şəklin alt yazısı, İran Prezidentinin də olduğu qəzaya uğramış helikopterin tapıldığı an - Videonu Qırmızı Aypara Xilasetmə Təşkilatının könüllüləri yayıb

İlna xəbər agentliyi bildirir ki, Pirhüseyn Kolivənd “xilasedicilərin helikopterin qalıqlarına çatdığını” deyib.

Reuters həmçinin İran rəsmisinə istinadən vertolyotun qəza nəticəsində "tamamilə yandığını" bildirib.

Helikopterin axtarış zonasında - Təval kəndində qabaqcıl və xüsusi avadanlıqlarla 73 xilasetmə qrupu var, o qeyd edib.

iran, helikopter, axtarışlar

Şəklin mənbəyi, İranian_rcs

Şəklin alt yazısı, İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri dövlət televiziyasına deyib ki, vəziyyət “yaxşı” deyil.

Nə baş verib?

Hadisə Şərqi Azərbaycan əyalətində, Vərzəğan və Culfa şəhərləri arasındakı Dizmar meşəsində baş verib.

Şərqi Azərbaycan Ordu Korpusunun komandanı bildirib ki, helikopterdən və ekipaj üzvlərindən birinin mobil telefonundan siqnal daxil olub.

Bir müddət əvvəl bir İran rəsmisi Reuters xəbər agentliyinə bildirib ki, helikopter qəzasından sonra “İran prezidenti və xarici işlər nazirinin həyatı təhlükədədir”.

Rəisi, İran, prezident

Şəklin mənbəyi, MEHR Xəbər Agentliyi

Şəklin alt yazısı, Rəisinin helikopterə minməzdən əvvəlki görüntüləri - fotonun onun İran-Azərbaycan sərhədindəki iki hidroqovşağı ziyarət etməzdən əvvəl və ya sonra çəkildiyi məlum deyil

Bu xəbərə görə, İran rəsmisi deyib: “Biz hələ də ümidliyik, lakin qəza yerindən gələn məlumatlar çox narahatedicidir”.

Avropa Ittifaqının böhranların idarə edilməsi üzrə komissarı Yantes Lenarchic İranın xahişi ilə Kopernik peyk izləmə sistemini işə saldıqlarını açıqlayıb.

Kopernik proqramı Avropa İttifaqının Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq etdiyi peyk proqramıdır və Yeri müşahidə etmək və yüksək keyfiyyətli şəkillər çəkmək imkanına malikdir.

Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyi bildirib ki, İran onlardan gecə görünüşlü axtarış-xilasetmə qrupu istəyib.

Qurum bildirib ki, 32 dağ axtarış-xilasedici 6 nəqliyyat vasitəsilə yola düşüb.

Bundan başqa, daha 15 dağ axtarış-xilasedici hazır vəziyyətə gətirilib, Agentlik əlavə edib.

"Türkiyə dronu istilik mənbəyi aşkarlayıb" - Anadolu agentliyi

İran İbrahim rəisi Helikopter qəzası İranda helikopter qəzası

Şəklin mənbəyi, Anadolu Agentliyi

Şəklin alt yazısı, Bayraktar Akıncı adlı PUA-dan çəkilmiş görüntülərdə gecə vaxtı təpənin yamacında tünd ləkə görünür

Prezident İbrahim Rəisinin qəzaya uğramış helikopterinin axtarışına qoşulmuş Türkiyə dronu istilik mənbəyi aşkarlayıb, “Anadolu” agentliyi xəbər yayıb.

Yüksək hündürlükdə, uzun mənzilli Bayraktar Akıncı adlı PUA-dan çəkilmiş və agentliyin yaydığı görüntülərdə gecə vaxtı təpənin yamacında tünd ləkə görünür.

Agentlik bölgənin koordinatlarının İran rəsmiləri ilə paylaşıldığını bildirib.

"Niyə Prezidentin helikopterinin yağışlı və dumanlı havada uçmasına icazə veriblər?” - deputat soruşur

Reisi

Şəklin mənbəyi, EPA-EFE/REX/Shutterstock

Yerli media İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Şəhriyar Heydərinin hava qurumunun Prezidentin pilotunu hava şəraitiylə bağlı xəbərdar etmədiyini sorğuladığını yazır.

Yerli media yazır ki, Şəhriyari ötən il "Qız qalası" hidroqovşağına səfər etdiyini və həmin vaxtkı hava şərtləri və dumanlı səmanın onların helikopterinə uçmağa imkan vermədiyini deyib.

“Helikopter gəldi və yerə otura bilmədi. Dedilər ki, bu, məsləhət deyil. Bəs, nə üçün onlar bu dəfə Prezidentin helikopterinin yağışlı və dumanlı havada uçmasına icazə veriblər?” - yerli media ondan sitat gətirib.

Artıq Prezident helikopterinin “sərt eniş etməsi” xəbərindən 10 saatdan artıq vaxt keçir. Hadisənin detalları hələ açıqlanmayıb.

Prezidenti və heyəti daşıyan helikopterin hansı vəziyyətdə olması və konkret olaraq hansı məqamda qəzaya uğraması məlum deyil.

Rusiya Təbrizə xilasedici komandası göndərib

Rusiya axtarışlara kömək etmək üçün Təbrizə xilasedicilər komandası göndərib. Komandaya 47 mütəxəssis xilasedici, bir sıra relyef texnikası və bir helikopter daxil edilib, RİA Novosti bildirib.

"Həm helikopterlər, həm də xilasedicilər yüksək hündürlükdə ən çətin tapşırıqları yerinə yetirməyə hazırdırlar", - agentlik Kremlin sözçüsü Dmitri Peskova istinadla yazıb.

“Hava şəraiti, yəni, duman axtarış-xilasetmə işlərinin bərpasına imkan verən kimi mütəxəssislərimiz də axtarışlara qoşulacaq”, - agentlik Peskovdan sitat gətirib.

Axtarışlar 2 kilometr radiusda gedir

Iran Ibrahim Reisi İbrahim Rəisi Əmir Abdullahian Hüseyin Əmir Abdullahiyan Hüseyn Əmir Abdullahian

Şəklin mənbəyi, IRNA

İranın rəsmi xəbər agentliyi İRNA bildirib ki, ehtimal olunan qəza yeri dəqiqləşməsə də, axtarış hadisənin baş verdiyi ehtimal edilən bölgədəki 2 kilometr radiusda gedir.

İran televiziyası xilasedicilərin yağış və qaranlıqda dik yamaclara çıxdığı görüntüləri yayıb.

Bu arada İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Salami xilasetmə əməliyyatlarını araşdırmaq və sürətləndirmək üçün qəza bölgəsinə gedib, dövlət yayımçısı İRİB xəbər verir.

İran, Rəisi, dualar

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Tehranda Vəli Əsr meydanında Rəisi və digərləri üçün dualar oxunur

İran mediası qəza xəbərindən bir saat sonra Məşhəd, Qum və Tehran şəhərlərində dua mərasimlərinin keçirildiyini yazıb.

Həmin vaxt X-da yayılan görüntülərdə atəşfəşanlıq və fişənglərin havaya atılması görünür. Bu görüntüləri çəkənlər eyni zamanda sevinclərini ifadə ediblər.

Bir sərnişin və uçuş heyətiylə əlaqə

Rəisi, İran, prezident

Şəklin mənbəyi, İRNA

Şəklin alt yazısı, Helikopteri axtaran xilasedicilər

Axtarış bölgəsində olan İbrahim Rəisinin köməkçisi Möhsün Mənsuri yerli mediaya müsahibəsində sərnişinlərdən biri və uçuş heyətiylə əlaqə yaradıldığını bildirib.

O, əlaqə yaradılmasını “ümidverici məqam” adlandırıb, çünki bu, “qəzanın şiddətinin yüksək olmadığını göstərir”.

Mənsuri qəza yerində, iki kilometr radiusda axtarış aparılacağını da bildirib.

Bundan əvvəl helikopter qəzasının baş verdiyi güman edilən ərazi - Kalibarın parlamentdəki nümayəndəsi Hüseyn Hatəmi demişdi ki, helikopterin sərnişinləriylə heç bir əlaqə yaradılmayıb.

İlham Əliyev: "...narahatıq"

Əliyev Rəisi Xudafərin Araz çayı

Şəklin mənbəyi, Azertac

Şəklin alt yazısı, Bu gün Azərbaycan və İran prezidentləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev X hesabında yazıb ki, onlar Rəisinin helikopterinin "qəza enişi etməsindən ciddi narahat" olublar.

“Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır”, o, hesabında yazıb.

Azərbaycan və İran prezidentləri bu gün Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak ediblər.

Hansı ölkələr yardım təklif edib?

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopterin qəzaya uğramasına xarici ölkə rəsmilərinin reaksiyasının necə olduğuna baxaq:

Rusiya, Azərbaycan, Ermənistan və İraq helikopteri tapmaq üçün xilasetmə fəaliyyətinə dəstək təklif edib.

Rusiya həmçinin qəzanın səbəbləriylə bağlı təhqiqat aparmağa da yardım təklif edib.

Birləşmiş Ərəb Əmirlikləri də dəstək təklif edib və İranın yanında olduğunu bəyan edib.

Türkiyə dağ xilasediciləri komandasını İrana göndərib və Türkiyə Prezidenti Recep Tayyip Erdoğan qəzadan kədərləndiyini bildirib.

Erdoğan X-da “Rəisidən və heyətdən tezliklə yaxşı xəbərlər alacağıma ümid edirəm” yazıb.

ABŞ Prezidenti Joe Biden-ə hadisə barədə məlumat verilib, Ağ Evin sözçüsü açıqlayıb.

BMT-nin baş katibi Antonio Quterreş qəza barədə baş verənləri izləyir, “o, Prezidentin və heyətin təhlükəsiz olduğuna ümid edir”, - qurumun sözçüsü açıqlamasında bildirib.

Rəisinin uçduğu helikopter barədə nə məlumdur?

Rəisi, İran, prezident

Şəklin mənbəyi, İrena

Yayılan fotolara və İran agentliklərinin məlumatlarına görə, İbrahim Rəisi və digər yüksək vəzifəli şəxsləri daşıyan helikopter Bel212 olub.

Amerika helikopteri 1970-ci ildə Texasda istehsal olunub və 1980-ci illərin sonunda də onun istehsal xətti sifarişçi ölkə Kanadaya köçürülüb.

Bell 212 xilasetmə, yanğınsöndürmə və nəqliyyat da daxil olmaqla mülki məqsədlər üçün də istifadə olunur.

Bu iki mühərrikli helikopter 15 sərnişin və iki tondan artıq əlavə yük daşıya bilir. Standart versiyada bu modelin maksimal sürəti 220 km/saat, uçuş məsafəsi təxminən 440 km, uçuş hündürlüyü isə yerdən beş kilometrdir.

Arxa cəbhə üçün nəqliyyat vertolyotu kimi istehsal edilən “Bell”-in ilk modellərində güllə keçirməz şüşə, silah və radar xəbərdarlığı sistemi yox idi. Bu avadanlıqlar sonrakı modellərə əlavə edilib.

Məhəmməd Rza Şah Pəhləvi dövründə İran ordusu İtaliya istehsalı olan Bell 212 helikopterləri alıb və bu helikopterin hərbi modeli İranda Bell 212 kimi də tanınır.

Rəisi İran prezident

Şəklin mənbəyi, BBC

Şəklin alt yazısı, *"Qız Qalası" və "Xudəfərin" hidroqovşaqları nəzərdə tutulur. Hadisənin Vərzəğan yaxınlığında olduğu deyilir.

Jiyar Gol

BBC Farsca

Dünyanın bir çoxları İranda baş verənləri diqqətlə izləyir və fikirləşir ki, Prezident İbrahim Rəisi zərər görsə, İranın bölgədəki siyasətində ciddi dəyişikliklər olacaqmı?

Cavab elə də asan deyil. Lakin qeyri-sabitlik, əlbəttə ki, iqtisadiyyata təsir göstərə bilər. Xəbərin açıqlanmasından sonra İran rialı ABŞ dolları qarşısında kəskin ucuzlaşıb.

İranın lideri Ayətullah Əli Xameneyi Prezident və onu müşayiət edən rəsmilərin sağ-salamat tapılacaqlarına ümid etdiyini bildirib. O, onlar üçün dua edilməsini istəyib və İran xalqını narahat olmamağa çağırıb və deyib ki, ölkənin idarə olunmasında heç bir problem olmayacaq.

Əksər iranlıların nəzərində əsas siyasi və xarici siyasət qərarlarını ali lider və İslam İnqilabı Keşikçiləri (SEPAH) verir.

Rəisi İranın indiyə qədər malik olduğu ən mühafizəkar prezidentlərindən biridir və ali liderə çox yaxındır. O, həm də İranın ali lideri kimi uğur qazanmağa ciddi iddiaçılardan biridir.

Xameneyi xalqa: "Dua edin"

İranın ali dini lideri Ayətullah Əli Xameneyi helikopterin qəzaya uğraması xəbərindən sonra deyib ki, xalq Prezident İbrahim Rəisi üçün "dua etməlidir", dövlət televiziyası IRIB yayıb.

"İran xalqı narahat olmasa, dövlətin işində heç bir axsama olmayacaq", - Xameneyinin əlavə etdiyi bildirilir.

Rəisi İran prezident

Şəklin mənbəyi, İRNA

Şəklin alt yazısı, Rəisini daşıyan helikopterin hadisədən qabaqkı son çap olunan fotosu

İran mediası yazıb ki, konvoyda hərəkət edən üç helikopterdən biri ölkənin şimalında qatı dumanda çətinlik çəkdikdən sonra "çətin eniş" edib.

Digər iki helikopterin təhlükəsiz eniş etdiyi bildirilir.

Daxili işlər naziri Əhməd Vahidi həmin vaxt bildirib ki, çətin hava şəraiti səbəbindən xilasedicilər hələ də hadisə yerinə çata bilməyiblər.

O deyib ki, dumana və pis hava şəraitinə görə helikopteri tapmaq vaxt aparacaq, İran mediası ona istinadən yazıb.

Reisi İran prezident

Şəklin mənbəyi, Tasnim

Şəklin alt yazısı, Helikopterin qəzaya uğradığı yerdə hava şəraiti

Fars xəbər agentliyinin müxbiri deyir ki, dağlıq və meşəlik ərazidə görmə məsafəsi cəmi beş metrə qədər azalıb. Ərazi Təbrizdən təxminən 50 km şimaldadır.

Yerli sakinlər İRNA müxbirinə bölgədə bir qədər əvvəl "səslər" eşitdiklərini bildiriblər.

İbrahim Rəisi 2021-ci ildə vəzifəsinin icrasına başlayıb.

63 yaşlı Rəisi dini lider Əli Xameneyinin varisi kimi görünür.

Rəisi İran prezident

Şəklin mənbəyi, Tasnim

Rəisi İran prezident

Şəklin mənbəyi, entekhab

Şəklin alt yazısı, İbrahim Rəisinin helikopterinin uçuş marşrutuna daxil olan Vərzəğan Qızqalası bəndi və Təbriz arasında yerləşir.

"Qırmızı Aypara" xilasedicilərinin itkin düşmədiyini deyir

İranın "Qırmızı Aypara" Cəmiyyəti bildirib ki, qəzaya uğrayan helikopteri axtaran xilasediciləri itkin düşməyib.

Bundan bir az qabaq, qurum sözçüsü xilasedicilər helikopterin qəzaya uğradığı güman edilən ərazidə itkin düşdüyü xəbərini vermişdi.

O bildirmişdi ki, axtarış əməliyyatı "havanın soyuyacağına" və yağışa görə ləngiyəcək.

Rəisi üçün məsciddə dua edirlər

Rəisi İran prezident

Şəklin mənbəyi, İRNA

İranda zəvvarlar ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində yerləşən və ölkənin ən böyük ziyarətgahı olan İmamrza məscidində Prezident Rəisiyə dua edirlər.

Zəvvarlar bazar günü şiə imamın səkkizinci mövludunun ildönümü ərəfəsində Imam Rzanın ziyarətgahına toplaşıblar.

İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı ehtimal edilən ərazinin peyk görüntüləri

Rəisi İran prezident

Şəklin mənbəyi, Planet

Şəklin alt yazısı, Rəsinin olduğu helikopterin qəzaya uğraması ehtimal olunan ərazinin peyk görüntüsü: hava şəraiti son dərəcə əlverişsiz görünür

Planet İnstitutu Dizmar meşələrinə doğru, Süngün mədəninin yaxınlığının peyk görüntülərini yayıb.

Güman edilir ki, İbrahim Rəisini aparan vertolyot bu ərazidə qəzaya uğrayıb.

Peyk görüntüləri ərazidə hava şəraitinin son dərəcə əlverişsiz olduğunu göstərir. Ərazini güclü duman və buludlar əhatə edir.

Eyni zamanda qeyd etmək lazımdır ki, bura geniş bitki örtüyünə malik dağlıq ərazidir.