Paşinyan "mühacirət hökuməti"ni Ermənistanın "milli təhlükəsizlik problemi" sayır

Nikol Paşinyan

Şəklin mənbəyi, Nikol Paşinyan/FB

Cümə axşamı günü Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan Yerevana köçmüş ermənilərin "mühacirət hökuməti" barədə danışıb.

Nikol Paşinyan deyib ki, ölkəsində Ermənistan hökumətindən başqa heç bir hökumət mövcud ola bilməz.

Onun sözlərinə görə, əgər Ermənistanda kimsə özünü hökumət kimi qələmə verirsə", bu, Ermənistanın milli təhlükəsizlik problemidir və "cavabsız qala bilməz".