Metro və avtobuslarda bahalaşmaya münasibət nədir?

Şəklin mənbəyi, Bakı Metropoliteni
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Oktyabrın 1-dən Azərbaycanda avtobus və metroda gediş haqqı 20 faiz bahalaşır.
Hazırda 50 qəpik olan gediş haqqı 60 qəpik olacaq.
Qiymət artımı nağdsız ödənişlə olan, elektirklə və qazla işləyən avtobuslara və metroya şamil olunacaq.
Sosial mediada hökumətin bu qərarı tənqidlərlə qarşılanıb.
Video açılmırsa, YouTube-da izləyin.
Bəhram adlı izləyici yazır ki, "Hər həftə, hər ay nələrdəsə qiymət dəyişir, amma heç vaxt düşmür.
"Ay allah, pensiya 230 idi, 250 ediblər, indi bilmirlər neyləsinlər, nəyi qaldırsınlar?!"- Sona adlı istifadəçi yazır.
Asəf adlı izləyici sadalayır ki, "Maaş 5, təqaüd 10, benzin 20, ərzaq 30 faiz bahalaşır. Gediş haqqı 20 fazi artırılır, başa düşüləsi deyil".
Nüşabə xanım yazır ki, bir ailədən 4 nəfər hər gün 3 dəfə avtobus, ya metrodan istifadə edir. Ərzağı da nisyə alırlar. Sual edir ki, görəsən "Kreditlə avtobusa minmək olar?!"
Tənqidi yazanlara çarə təklif edən bir izləyici bildirir ki, "Ay milət bir ay avtobusa, metroya minməyin. İşə piyada, velosipedlə, motosikletlə gedib-gəlin. Onda bu qərarı verənlər vəzifədən gedəcək".
Hüseyn adlı bir istifadəçi isə yazır ki, "Heç bir keyfiyyət yoxdur. Bu, cibə girməkdir".
Rəsmi məlumata görə, qiymət artımı daşıyıcıların maliyyə vəziyyətini yaxşılaşdıracaq, avtobuslarda və metroda keyfiyyəti artıracaq.
Azərbaycanda 2018-2025-ci illərdə ictimai nəqliyyatda gediş haqqı bir neçə ildən bir artırılaraq 30 qəpikdən 60 qəpiyə çatdırılıb.







