Azərbaycan dünyada “ən çox jurnalist həbs” edənlərdəndir

Azərbaycan dünyada “ən çox jurnalist həbs” edənlərdəndir

Azərbaycan 2007-ci ildən bəri ilk dəfə "Ən çox jurnalist həbs edən ölkələr siyahısı"na daxil olub.

New York-da mənzillənən Jurnalistləri Müdafiə Komitəsinin 2025-ci il hesabatında deyilir.

Siyahı üzrə 10 ölkə arasında Azərbaycan 6-cı yerdədir. Siyahıda başqa heç bir Cənubi Qafqaz ölkəsi yoxdur.

İlk yerdə Çin gəlir. Azərbaycanın yaxşı siyasi əlaqələri olan İsrail, Rusiya və Belarus da "ən çox jurnalist həbs edən ölkələr"in onluğundadırlar.

Azərbaycan rəsmiləri bu hesabata hələlik cavab verməyib. Amma hakimiyyət tez-tez bildirir ki, ölkədə mətbuat azaddır, jurnalislərin həbsi isə qanun pozuntuları ilə bağlıdır.