Maduro-nun məhkəməsindən reportaj - o, məhkəməyə necə gətirilib, nə deyib?

Maduro

Şəklin mənbəyi, Reuters

    • Müəllif, Madeline Halpert
    • Vəzifə, New York

Venesuela lideri Nikolas Maduro Nyu York şəhərindəki məhkəmə zalına daxil olmazdan az əvvəl ayaqlarındakı zəncirlərin cingiltili səsi eşidilirdi.

Daha sonra o, jurnalistlər və ictimaiyyətlə dolu sıralara müraciət edərək, indicə "oğurlandığını" söylədi.

Onun zala daxil olmasından bir neçə dəqiqə sonra hakim Alvin Hellerstein icraatın başlaya bilməsi üçün Maduradan şəxsiyyətini təsdiqləməyi xahiş etdi.

"Sizə deyirəm, mən Nikolas Maduroyam. Venesuela Respublikasının Prezidentiyəm və 3 yanvardan bəri burada oğurlanmış vəziyyətdəyəm", – Maduro məhkəməyə sakit səslə ispanca bildirdi və daha sonra tərcüməçi bu sözləri məhkəmə üçün tərcümə etdi.

"Məni Venesuelanın Karakas şəhərindəki evimdə ələ keçirdilər".

92 yaşlı hakim tezliklə onun sözünü kəsərək bildirdi ki, "bütün bunlara toxunmaq üçün zaman və məkan olacaq".

Bazar ertəsi günorta keçirilən dramatik 40 dəqiqəlik ilkin məhkəmə iclasında Maduro və həyat yoldaşı Siliya Flores narkotik və silah ittihamları üzrə özlərini təqsirli bilmədiklərini söylədilər.

"Mən günahsızam. Mən ləyaqətli insanam," – deyə Maduro bildirdi, Flores isə ona əlavə edərək "tamamilə günahsız" olduğunu dedi.

Paylaşımını ötürün YouTube, 1
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube, 1

63 yaşlı Maduro və həyat yoldaşı yanvarın 3-də ABŞ qüvvələrinin Venesueladakı iqamətgahlarında keçirdiyi sürpriz gecə əməliyyatı zamanı saxlanıldıqdan sonra Nyu Yorkdakı həbsxanaya köçürülüblər. Həmin əməliyyat çərçivəsində hərbi bazalara da zərbələr endirilib.

Məhkəmə iclasında mavi və narıncı rəngli həbsxana köynəkləri və xaki şalvar geyinmiş cütlük ispan dilinə tərcüməni dinləmək üçün qulaqcıqlardan istifadə edirdi; onların arasında vəkil oturmuşdu.

Maduro sarı rəngli bloknotda diqqətlə qeydlər aparırdı və iclasdan sonra onu özü ilə apara bilib-bilməyəcəyini hakimdən soruşdu.

Maduro və arvadı

Şəklin mənbəyi, Miraflores Palace / Reuters

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Maduro zala daxil olanda - cəmi bir neçə ay əvvəl Sean "Diddy" Combs mühakimə olunub məhkum edildiyi eyni federal məhkəmə zalında - arxaya dönərək auditoriyadakı bir neçə kişiyə başıyla salam verdi.

O, proses boyu, hətta fasilənin sonunda ictimaiyyət üçün ayrılmış hissədən bir kişinin qəfil Maduronun cinayətlərinə görə "bunun əvəzini ödəyəcəyini" qışqırmasına baxmayaraq, sakitliyini və təmkinli davranışını qorudu.

"Mən Prezidentəm və müharibə əsiriyəm", – deyə Maduro ispan dilində həmin adama tərəf qışqırdı. Bundan sonra həmin şəxs göz yaşları içində zaldan çıxarıldı.

Məhkəmə zalında digərləri üçün də proses emosional idi. Maduro administrasiyasını işıqlandıran venesuelalı jurnalist Maibort Petit bildirib ki, Maduronun saxlanılması zamanı ABŞ raket zərbələri Karakasdakı Fuerte Tiuna yaxınlığında yerləşən ailəsinin evinə ziyan vurub.

Onun sözlərinə görə, keçmiş liderinin ABŞ marşalları tərəfindən məhbus geyimində məhkəməyə gətirilməsini izləmək qeyri-real hiss idi.

Maduronun həyat yoldaşı Flores isə daha səssiz idi. Onun göz ətrafında və alnında sarğılar vardı. Vəkillərinin sözlərinə görə, saxlanılma zamanı xəsarətlər alıbmış.

Cilia Flores daha əvvəl DEA əməkdaşları tərəfindən müşayiət olunarkən görüntülənmişdi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Cilia Flores daha əvvəl DEA əməkdaşları tərəfindən müşayiət olunarkən görüntülənmişdi

Sarışın saçlarını topuz şəklində yığmış Flores sakit səslə danışırdı, vəkilləri isə ona lazımi tibbi yardım göstərilməsini, o cümlədən göyərmiş qabırğalar və sınıq ehtimalına görə rentgen müayinəsinin aparılmasını xahiş etdilər.

Maduro və həyat yoldaşı məhkəmə prosesi zamanı girov müqabilində azadlığa buraxılmalarını tələb etməyiblər, lakin bunu daha sonra edə bilərlər, yəni onlar federal həbsdə qalacaqlar.

ABŞ Maduronu narkoterrorizm məqsədli sövdələşmə, kokain idxalı üzrə sui-qəsd, avtomatik silahlar və dağıdıcı qurğulara sahiblik, eləcə də bu silah və qurğulara sahib olmaq məqsədilə əlbir olmaqda ittiham edir.

Maduro həyat yoldaşı və oğlu - hazırda Venesuelada olan Nikolas Ernesto Maduro Gerra ilə birlikdə ittiham olunub.

Venesuelada polis qüvvələrinə nəzarət etmiş hazırkı və keçmiş daxili işlər nazirləri Diosdado Cabello Rondón və Ramon Rodriguez Chacin də ittiham edilir.

Həmçinin "Tren de Aragua" dəstəsinin iddia edilən lideri Hector Rusthenford Guerrero Flores də bu siyahıdadır.

ABŞ Cabello Rondón və Nyu Yorkda dekabr ayında reketçilik, narkotik idxalı və digər cinayətlər üzrə ittiham edilmiş Guerrero Flore-in həbsinə aparan məlumatlara görə mükafat təklif edir.

Maduronun işi üzrə növbəti məhkəmə iclası martın 17-nə təyin edilib.

Paylaşımını ötürün YouTube, 2
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube, 2