Venesuela lideri Maduro məhkəmə qarşısında ''Mən hələ də prezidentəm''

Şəklin mənbəyi, Reuters
Venezuela lideri Nikolas Maduro və həyat yoldaşı New York-da məhkəmə qarşısına çıxarılıblar. Onlar özlərinə qarşı irəli sürülən narkotik qaçaqmalçılığı və digər ittihamları rədd ediblər.
Maduro deyib ki, o, "müharibə əsiridir".
"Mən günahsızam. Mən təqsirkar deyiləm. Mən ləyaqətli insanam, ölkəmin prezidentiyəm", - o, məhkəmədə bildirib.
Maduro və həyat yoldaşı Silia Flores məhkəmədə girov müqabilində azadlıqda qalmaq vəsatəti qaldırmayıblar.
Məhkəmə martın 17-nə davam edəcək.
Venesuala Prezidenti Nikolas Maduro və həyat yoldaşı yanvarın 3-də ABŞ hərbçiləri tərəfindən tutularaq bu ölkəyə aparılıb.
Əməliyyat necə keçirilib? Maduro və xanımı indi hardadır? Venesuelanı kim idarə edir?
BBC Azərbaycanca bu və digər suallara cavabları bir araya toplayıb.

Şəklin mənbəyi, Kyle Mazza-CNP/Shutterstock
Maduro və xanımı indi hardadır?

Şəklin mənbəyi, Reuters
Venesualada, paytaxt Karakasda həbs edilmiş Nikolas Maduro və xanımı artıq New-York şəhərindədir.
Yanvarın 5-də Nikolas Maduronun narkotik və silah ittihamları ilə bağlı məhkəmə qarşısına çıxacağı gözlənilir.
O, bundan əvvəl narkotik kartelinin lideri olduğunu inkar edib.
Maduro New-York-a Kuba vasitəsilə gətirilib.
Bundan əvvəl, Donald Tramp deyib ki, Maduro və həyat yoldaşı məhkəmə üçün New-York-a helikopter və gəmi ilə aparılacaq.
"Onlar çox adamı, o cümlədən çoxlu amerikalını, hətta öz ölkələrindəki insanları öldürüblər", – Tramp deyib.

Şəklin mənbəyi, TruthSocial
Venesuelaya hazırda kim rəhbərlik edir?
Venesuelada ihökuməti hazırda vitse-prezident Delcy Rodríguez idarə edir. Onun
tezliklə prezident kimni and içəcəyi gözlənir.
O, ölkənin Milli Assambleyasının illik andiçmə mərasimində - əsasən ilin qanunverici orqanının açılışında rəsmi olaraq and içməlidir.
ABŞ-ın Maduronu ələ keçirməsindən sonra Ali Məhkəmə onu həftəsonu müvəqqəti prezident təyin edib.
Donald Trump Rodríguez-ə xəbərdarlıq edib ki, əgər o, "düzgün olanı etməsə", "çox böyük bir haqq ödəyə" bilər.
ABŞ Prezidentinə birbaşa müraciətində Rodríguez deyib: "Xalqlarımız və bölgəmiz müharibəyə deyil, sülhə və dialoqa layiqdir".
Maduronun saxlanmasından sonra Venesuelanın Müdafiə naziri Vladimir Padrino ölkənin "müqavimət göstərəcəyini" demişdi və bildirmişdi ki, ABŞ hücumlarında mülki bölgələr də hədəf alınıb.
Trampın Venesuela üçün planları nədir?
O deyib ki, Venesuelada "təhlükəsiz, düzgün və ağıllı" hakimiyyət dəyişikliyi olanadək ölkəni ABŞ idarə edəcək.
Venesuelanın neft biznesini "uğursuz" olduğunu iddia edən Prezident Tramp bildirib ki, böyük ABŞ şirkətləri ölkəyə gedərək neft sənaye infrastrukturunu bərpa edəcək və "ölkə üçün pul qazanmağa başlayacaqlar".
O, həmçinin deyir ki, ABŞ lazım gələrsə Venesuelaya ikinci "və daha böyük" hücumu həyata keçirməyə "hazırdır".

Şəklin mənbəyi, Miraflores Palace / Reuters
Maduro necə saxlanıb?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
ABŞ Prezidentin sözlərinə görə, Maduro poladdan qala kimi bir yerdə tutulub.
O deyib ki, ABŞ əsgərləri arasında itkilərin olduğuna inanmır.
Prezident Donald Tramp deyib ki, gecəyarısı Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının tutulmasını "şou-proqrama baxırmış kimi" izləyib.
"Sürəti, zorakılığı görsəydiniz, bu inanılmaz bir şey idi", – Tramp bildirib.
Yanvarın 3-də Prezident Donald Tramp Amerika Birləşmiş Ştatlarının Venesuelaya "genişmiqyaslı hücum etdiyini" və nəticədə ölkə lideri Prezident Maduro və həyat yoldaşının "saxlandığını" deyib.
"ABŞ Venesuelaya və onun lideri, həyat yoldaşı ilə birlikdə tutularaq ölkədən çıxarılan Prezident Nikolas Maduroya qarşı genişmiqyaslı hücumu uğurla həyata keçirib", Prezident Tramp özünün Truth Social hesabında yazıb.
O daha sonra Fox News-a müsahibəsində komandasını "möhtəşəm iş gördükləri" üçün tərifləyib və əlavə edib ki, "Yer üzündə belə bir manevri edə biləcək başqa ölkə yoxdur".

Şəklin mənbəyi, Truth Social

Şəklin mənbəyi, Reuters
İran və Çin nə deyib?
Çin və Venesuelanın müttəfiqi olan İran Maduro və həyat yoldaşı Cilia Floresin azad edilməsini tələb edir.
Çinin Xarici İşlər Nazirliyi ABŞ-ın hərəkətlərinin "beynəlxalq hüquq və beynəlxalq münasibətləri tənzimləyən əsas normaların açıq şəkildə pozulması" olduğunu bildirib.
Pekin, həmçinin Washington-u "Venesuela hökumətini devirmək səylərini dayandırmağa və məsələləri dialoq və danışıqlar yolu ilə həll etməyə" çağırır. Nazirlik həftəsonu da oxşar çağırışlar edib.
Frans Press-in məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqaei "Bu, qürur duyulacaq bir şey deyil; bu, qanunsuz bir hərəkətdir" deyib.
O əlavə edib ki, "Venesuela xalqının vurğuladığı kimi, onların prezidenti azad edilməlidir".
Yanvarın 3-də paytaxt Karakasda nə baş verib?
Yanvarın 3-də, təxminən Bakı vaxtilə səhər saat 11-də Venesuela paytaxtı Karakasda ard-arda partlayış səsləri eşidilib.
Saxlanma xəbərləri çıxmazdan əvvəl Prezident Maduro hücumları "ABŞ-ın ölkəsinin neftini və mədənlərini ələ keçirmə cəhdi" kimi qiymətləndirib və ölkədə fövqəladə vəziyyət elan edib.
Venesuela hökuməti ABŞ-ın hücumunu "şiddətlə pisləyib".
Donald Tramp onu da bildirib ki, Karakasa hücumların hədəfində hərbi obyektlər də olub.
Delta qüvvələri ABŞ ordusunun ən yüksək səviyyəli terrorla mübarizə bölməsidir.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın "silahlı hücumundan" çox narahat olduğunu bəyan edib və deyib ki, "Venesuelaya, xaricdən hər hansı dağıdıcı, hərbi müdaxilə olmadan öz taleyini müəyyən etmək hüququ tanınmalıdır".
ABŞ Baş Prokuroru Pam Bondi açıqlayıb ki, Maduro və həyat yoldaşı barədə cinayət işi Nyu-York Cənub Dairəsində aparılır.
Onun sözlərinə görə, Maduro "narkoterrorizm üzrə sui-qəsd, kokain idxalı üzrə sui-qəsd, avtomat silahlar və dağıdıcı qurğuların saxlanması, həmçinin ABŞ-a qarşı avtomat silahlar və dağıdıcı qurğuların saxlanması üzrə sui-qəsd"də ittiham olunur.
"Onlar tezliklə Amerika torpağında, Amerika məhkəmələrində, Amerika ədalətinin bütün gücü ilə üzləşəcəklər", – Bondi əlavə edib. Lakin o, Maduronun həyat yoldaşına hansı ittihamların irəli sürüldüyünü deməyib.
Pam Bondi, həmçinin ABŞ hərbçilərinə təşəkkür edib.
Hadisədən sonra ilk şərhlər nə olub?
Əgər iddia edildiyi kimi, ABŞ Delta Qüvvələrini Venesuela paytaxtının mərkəzinə göndərərək hazırkı prezidenti həyat yoldaşı ilə birlikdə [ordan] çıxarıbsa, bu, indiyə qədər gördüyümüz heç nəyə bənzəmir, BBC-nin qlobal xəbərlər müxbiri Joe Inwood yazır.
Ən yaxın müqayisə 1989-cu ildə Panama lideri Manuel Noriega-nın xüsusi qüvvələr tərəfindən tutulması olardı.

Şəklin mənbəyi, AFP via Getty Images
Hər iki kişi mübahisəli seçkilərdə qələbə qazandıqlarını iddia etmişdilər, hər ikisi ABŞ tərəfindən narkotik ticarətində iştirakda ittiham olunmuşdu və hər ikisindən əvvəl ABŞ hərbçiləri önəmli bir görüş keçirmişdilər.
Lakin Noriega-nın saxlanması iki ölkə arasında qısa, həlledici müharibədən sonra baş verdi və panamalı qüvvələr tez bir zamanda məğlub edildi.
O, sığınacaq üçün Vatikan səfirliyinə getmişdi və 11 gün orada qaldı. O, "psixoloji müharibə" vasitəsilə səfirlikdən çıxarıldı - The Clash, Van Halen və U2 daxil olmaqla davamlı olaraq yüksək səslə rok musiqiləri səsləndirilirdi.
O, ABŞ-a aparıldı və orada narkotik cinayətlərinə görə həbs edildi.
Nikolas Maduronun saxlanması əməliyyatının detalları hələ açıqlanmayıb, lakin görünür ki, bu, öz miqyasında daha da iddialı bir əməliyyat olub – Prezident və həyat yoldaşı quru qoşunlarından istifadə edilmədən uğurla çıxarılıb.
Onun taleyi qeyri-müəyyəndir, lakin ehtimal etmək olar ki, onun sonu ABŞ həbsxanası olacaq.
Venesuela xəritələrdə. Link açılmırsa, burda bax
Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu Instagram
ABŞ və Maduro arasında nə baş verib?
ABŞ uzun illərdir Nikolas Maduronun həbsi üçün çalışırdı. 2020-ci ilin mart ayında Amerika məhkəməsi ona qiyabi olaraq "narkoterrorizm" ittihamı irəli sürüb.
Keçən ilin yayında Tramp administrasiyası Maduronun tutulmasına gətirəcək məlumat üçün mükafatı ikiqat artıraraq 50 milyon dollara çatdırdı.
Federal prokurorlar 2020-ci ildə iddia edirdilər ki, Maduro və Venesuela hakimiyyətinin digər yüksək vəzifəli nümayəndələri kokain və silahların ABŞ-a daşınması üçün Kolumbiyanın FARC üsyançı qruplaşması ilə əməkdaşlıq ediblər.
Həmin vaxt ABŞ Ədliyyə Nazirliyi Maduronu "Cartel de los Soles" (Günəş Karteli) adlı cinayətkar şəbəkəyə rəhbərlik etməkdə ittiham edib. Tramp administrasiyası ötən il bu şəbəkəni xarici terror təşkilatları siyahısına daxil etmişdi.
Eyni zamanda, bir sıra təhlilçilər bu təsvirə şübhəli yanaşıblar və bildiriblər ki, "Günəş Karteli" daha çox narkotik ticarəti ilə əlaqəli korrupsiyaya uğramış məmurlar üçün ümumi bir ad kimi görünür, mərkəzləşdirilmiş idarə olunan bir struktur deyil.




