“Hər şey titrəyirdi, ürəyim əsirdi” – Venesuelalı jurnalist
“Hər şey titrəyirdi, ürəyim əsirdi” – Venesuelalı jurnalist
"Səhər saat 2-yə yaxın güclü bir partlayış səsinə oyandım, hər yer titrəyirdi, ürəyim az qalırdı yerindən çıxa, elə əsirdi", - venesuelalı jurnalist Vanessa Silva deyir.
Onun sözlərinə görə, pəncərəyə sarı qaçıb və görüb ki, hərbi hava bazasının uçuş meydançasının ortasında nə isə alovlanır.
"Karakas vadidə yerləşir axı, ona görə də səs-küy bizim üçün çox böyük idi, təsiri güclü idi,"- o deyib.
Yanvarın 3-də Venesuela paytaxtı Karakasda ard-arda partlayış səsləri eşidilib.
ABŞ keçirdiyi hərbi əməliyyat zamanı Prezident Maduro və onun arvadını tutduğunu açıqlayıb.



