You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ukrayna Azərbaycan qazı ilə maraqlanır
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Suriyadan sonra Ukraynaya da Azərbaycan qazı gedəcəyi danışılır.
İyulun 12-də Bakıda Ukraynalı nazir bu haqda danışıb.
Ukraynanın energetika naziri Herman Haluşçenko deyib ki, Ukrayna Azərbaycanın qazını qəbul etməyə hazırdır.
Onun sözlərinə görə, Ukraynanın yeraltı qaz anbarları bu məqsədlə xarici şirkətlərə açıqdır və vergi və rüsumlardan azaddır.
Bu anbarlar Avropanın ən böyüyüdür.
Əslində bu söhbət çoxdan vardı, amma Azərbaycan qazını Rusiya üzərindən Ukrayana ötürmək məsələsi hələki alınmadı.
Bakıda Azərbaycan və Ukrayna arasında enerji əməkdaşlığı ilə bağlı yol xəritəsi imzalanıb.
Azərbaycan qazı Ukraynaya çatdırılsa Suriyadan sonra bu ölkə Azərbaycan qazı alan 14-cü ölkə olacaq.
Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir.
Rəsmi rəqəmlərə görə, Azərbaycan qazı bu ölkələrin bəzilərində qaz istehlakının əhəmiyyətli hissəsini təmin edir.
Video açılmırsa, Youtube kanalımızda baxın.