Azərbaycan qazı Suriyaya gedir: Yeni hökumətlə ilk razılaşma

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana gəlib.

İlham Əliyev onu iqamətgahında qəbul edib.

İyulun 12-də Bakıda SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.

Bu sənəd Azərbaycanın təbii qazının Türkiyə üzərindən Suriyaya ixracını nəzərdə tutur.

Bir neçə gün əvvəl Türkiyənin enerji naziri Viyanada deyib ki, rəsmi Ankara yaxın vaxtlarda Suriyaya qaz tədarükünə başlayacaq və bu layihədə SOCAR da tərəfdaş ola bilər.

Əhməd Əl Şaraa deyib ki, Suriya hazırda ciddi enerji böhranı ilə üz-üzədir. Azərbaycan qazının çatdırılması Suriyanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.

Həm İlham Əliyev, həm də Əhməd Əl Şaraa Suriyanın keçmiş Prezidenti Bəşər Əl Əsədin hakimiyyət illərindən şikayətləniblər, daha belə olmayacağını deyiblər.

Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

İlham Əliyev iyunun 24-də Mingəçevirdə demişdi ki, ölkə daxilində qaza qənaət etsək, xaricə satıb, qazanc əldə edərik.

Suriya Azərbaycandan təbii qaz alan ilk ərəb ölkəsi olacaq.

Azərbaycan hazırda təbii qazını Türkiyə və Gürcüstan daxil 12 ölkəyə ixrac edir, bunlardan 10-u Avropa ölkəsidir.

Video açılmırsa, Youtube kanalımızda baxın.