Bakıda ev sakinləri içəridə ola-ola ev sökülür

Şəklin mənbəyi, Xəyalə Hacıyeva
Bakıda ev sakinləri içəridə ola-ola ev sökülür.
Bakının Yasamal rayonu, Alatava 1, Abdulvahab Salamzadə küçəsi, ev 118B ünvanında yerləşən, Həbib Hacıyev adlı vətəndaşa məxsus ev sakinlər içində olan zaman sökülüb.
Evin sahibi Həbib Hacıyevin həyat yoldaşı Xəyalə Hacıyeva deyir ki, ərazidə yaşayış 90-cı illərdə salınıb və buradakı yeganə çıxarışlı ev onun ailəsinə məxsus olan 711 kvadratlıq beşmərtəbəli evdir.
BBC evin el arasında "kupça" adlanan çıxarışını görə bilməyib, Xəyalə Hacıyeva "iş məhkəmədə olduğu üçün" evin sənədini BBC-yə təqdim edə bilməyib.
Ailə bildirir ki, tikinti şirkəti evin sahəsi böyük olduğu üçün onlarla danışığa getmək istəmir.
Xəyalə Hacıyeva deyir ki, o, indi ailəsinin təhlükəsizliyindən narahatdır.
Videoya Youtube kanalımızda baxın.



