Xocalıda yarımçıq qalmış toy 32 il sonra davam edib

Şəklin mənbəyi, Sosial Media
Xocalıda 1992-ci ildə atışmaya görə yarımçıq qalan toy 32 il sonra davam edib.
Dürdanə ilə Vasifin toyu Xocalıdakı sonuncu toy kimi tanınır.
Cütlük 32 il sonra Xocalıya qayıdıb və toylarını davam etdiriblər.
Sosial mediada yayılmış videoda dağılmış divarda üzərinə "Toyunuz Mübarək" sözləri yazılan xalça asılıb və insanlar canlı ifaya qulaq asırlar.
Videonu YouTube kanalımızda izləyin.
Azərbaycan ordusunun ötən ilin sentyabrında apardığı bir günlük hərbi əməliyyat nəticəsində Xocalı Azərbaycana qaytarılıb. Orada yaşayan etnik ermənilər isə ərazini tərk edib, Ermənistana köçüblər.



