Paşinyandan tələb etdilər, üzr istədi

Şəklin mənbəyi, Ermənistan İctimai TV
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, Youtube kanalımızda izləyin
Ermənistanın Baş nazir Nikol Paşinyan kilsə ilə bağlı Facebook paylaşımında istifadə etdiyi ifadəsinə görə üzr istəyib.
O bunu Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının qərarından sonra edib.
"Əziz camaat, qərarlarda yer alan bir sıra qiymətləndirmələrlə tam razı olmasam da, sizin hamınızdan üzr istəyirəm", - Nikol Paşinyan deyib.
Paşinyan bu üzrxahlığı ilə, "Siyasi və dövlət yenilənməsi kontekstində tolerantlığın, eləcə də dövlət və demokratik təsisatlarına hörmətin vacibliyini" nümayiş etdirdiyini bildirib.
Daha əvvəl Komissiya qənaətə gəlib ki, Paşinyan Vəzifəli Şəxslərin Davranış Kodeksini pozub.
Mayın 30-da Paşinyan Facebook səhifəsində Kilsəsinin ünvanına dediklərinə münasibət bildirən bir din xadiminə cavab olaraq yazmışdı: "Sən get öz dayının arvadını "dompmağa" davam et. Mənimlə nə işin var?"
Dilçilik ekspertizası qərara gəlib ki, erməni dilində "dompel" (dompmaq) felinin iki mənası var: "vurmaq, ya zərbə endirmək və cinsi əlaqəyə girmək" və Baş nazir öz yazısında bu ifadəni ikinci mənada işlədib.
Ekspertlərin qənaətinə görə, Paşinyanın yazısında "söz seçimi ilə bağlı kobud və ədəbsiz gizli məna var".







