Zəngəzura "ABŞ nəzarət etsin": Ermənistan və Azərbaycana təklif

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Birləşmiş Ştatların Türkiyədəki səfiri bildirib ki, ölkəsi Zəngəzur dəhlizini idarə etmək istəyir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
İyulun 14-də ABŞ-ın Türkiyədəki səfiri Tom Barrack Vaşinqtonda bu təklifi səsləndirib.
"Türkiyə, Ermənistan və Azərbaycan 32 km-lik yol üstündə mübahisə edir. Onu bizə 100 illik icarəyə verin, paylaşın", - Tom Barrack deyib.
Eyni gün Birləşmiş Ştatlar Prezidenti Donald Trump deyib ki, Ermənistan və Azərbaycan arasında sülh razılaşması əldə etmək səyləri "uğurlu nəticəyə" doğru gedir.
Donald Trump bildirib ki, "Digər birini də həll etdik - belə görünür ki, daha bir sülh Azərbaycan və Ermənistan arasında olacaq. Görünən odur ki, bu, bir nəticəyə - uğurlu nəticəyə gələcək".
Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan Birləşmiş Ştatlar səfirinin dediyi variantın mümkün olmadığını bildirib.
Onun sözlərinə görə, Ermənistan qanunlarına əsasən yalnız kənd təsərrüfatı torpaqları əkinçilik məqsədilə icarəyə verilə bilər.
İkinci Qarabağ müharibəsinin atəşkəs şərtlərinə görə, Naxçıvana gedən yolun Rusiyanın nəzarətində olması nəzərdə tutulurdu.
Azərbaycan yolun tam şəkildə Ermənistanın nəzarətində olmasını istəmir.
Ermənistan isə yolun üçüncü tərəfə verilməsinə qarşı çıxır.
Son aylarda həm Ermənistanın, həm də Azərbaycanın Rusiya ilə münasibətləri gərginləşib.
Video açılmırsa, Youtube kanalımızda baxın.








