Naxçıvanın taleyini yazan Qars müqaviləsi nədir?

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Qars Müqaviləsi haqqında eşitmisiniz? Bu, 100 ildən çoxdur imzalanmış bir sənəddir və bu gün də Naxçıvanın sərhədlərini müəyyən edir. Həm də Cənubi Qafqazdakı sərhədlərə təsir göstərir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Bu müqavilə 1921-ci ildə oktyabrın 13-də Türkiyə ilə o vaxt Sovet Rusiyasının nəzarətində olan üç sovet respublikası Ermənistan, Azərbaycan və Gürcüstan arasında imzalanıb.
Bəs, niyə Qarsda imzalanıb?
Çünki Qars həm sərhəd şəhəri idi, həm də müharibələr zamanı əl dəyişdirmişdi. Osmanlıdan Erməni Daşnaq hökümətinə, sonradan Türkiyəyə qayıtmışdı.
Danışıqların burada aparılması sülh və əməkdaşlıq üçün yeni bir başlanğıc kimi qəbul edilirdi.
Bu müqavilə Osmanlı və Çar Rusiyası imperiyalarının dağılmasından sonra yeni sərhədləri müəyyənləşdirdi.
Razılaşmaya əsasən:
- Qars, Ərdəhan və İğdır Türkiyəyə verildi.
- Batumi Sovet Gürcüstanında qaldı, amma oradakı müsəlmanlara muxtariyyət verilməsi öhdəliyi aradan qalxdı.
- Naxçıvan isə Azərbaycanın himayəsində muxtar ərazi elan olundu və Türkiyə bu statusun zəmanətçisi oldu.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Müqavilənin məqsədi sülh və sabitlik yaratmaq idi, lakin bu gün xüsusilə Ermənistanda, mübahisələrə səbəb olur.
Qars müqaviləsi imzalananda Naxçıvan və Türkiyə arasında ümumi sərhəd yox idi.
Sərhəd Mustafa Kamal Atatürklə İran şahı Rza Pəhləvi arasında razılaşmadan sonra yarandı.
Atatürk Türkiyənin bəzi cənub torpaqlarını İrana verib, əvəzində Naxçıvanla sərhəddəki əraziləri aldı.
Dəyişiklik 1930-cu illərdə Türkiyə ilə Azərbaycan arasında 13 kilometrlik sərhəd xəttinin yaradılmasına imkan verdi.
Beləliklə, 1921-ci ildə bağlanmış Qars müqaviləsi ortaq Türkiyə-Azərbaycan sərhədinin yaradılması istiqamətində ilk addım olub.
Azərbaycan parlamentində bu gün Milli Məclisdə qəbul edilmiş qanunla Naxçıvan Konstitusiyasının Preambulası dəyişib, yeni Preambulada verilib: Qars Müqaviləsi və Moskva müqavilələrinə istinad ordan çıxarılıb.
Əvvəllər Naxçıvanın muxtariyyəti bu müqavilələrə əsaslanırdı və bu sənədlər qüvvəsində qalır, amma bundan sonra Naxçıvan Konstitusiyası yalnız 1991-ci il dövlət müstəqilliyi aktı ("Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı) və 1995-ci il Konstitusiya referendumu kimi daha müasir sənədlərə əsaslanacaq.
Bu addım həm tarixi muxtariyyət iddialarını zəiflətmək, həm də gələcək mübahisələrdə Azərbaycan Prezidenti və Konstitusiyasının üstünlüyünün vurğulanmasına yönəlib.
Bu, yalnız Azərbaycan üçün bu mənanı verəcək, çünki müqaviləni bir əsrdən çox əvvəl sovet respublikaları olan Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyə nümayəndələri imzalayıb.
Video açılmırsa, Youtube kanalımızda baxın.







