Azərbaycanda 30 yaşdan yuxarı kişilər niyə hərbi idarəyə çağırılır?

Azərbaycan Ermənistan Sərhəd Zəngəzur Hərbi səfərbərlik

Şəklin mənbəyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə razılıq açıqlansa da, sərhəddə gərginlik artır. Son günlərdə tərəflər bir-birini atəşkəsi pozmaqda və dezinformasiya yaymaqda ittiham edir.

Belə bir vaxtda Azərbaycanda 30 yaşdan yuxarı kişilərə SMS-lə çağırış göndərildiyi bildirilir. Mesajlarda qeyd olunur ki, rayon hərbi idarəsinə gəlməkdən imtina edənlər inzibati və cinayət məsuliyyəti daşıya bilər.

BBC çağırışların məqsədini öyrənmək istəsə də, rəsmi açıqlama ala bilməyib. Lakin Dövlət Xidmətindən Pərviz Sədrəddinov bildirib ki, bu SMS-lər "Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilən vətəndaşlara növbəti tibbi müayinədən keçmək məqsədilə göndərilib.

Azərbaycan və Ermənistan sülh sazişinin bütün maddələri üzrə razılaşdıqlarını elan etsələr də, Azərbaycanın əlavə tələbləri var: Ermənistan öz Konstitusiyasından Azərbaycana ərazi iddialarını çıxarsın və ATƏT-in Minsk qrupu rəsmi şəkildə ləğv edilsin. Ermənistan bu şərtlərlə razı olduğunu açıqlayıb.

Ancaq həll olunmayan digər bir məsələ də var: Zəngəzur koridorunun Azərbaycanın istəyinə uyğun açılmasına Erməistandan razılıq verilməməsi. Bu dəhliz Naxçıvanı Azərbaycanın əsas hissəsinə Ermənistan üzərindən birləşdirəcək nəqliyyat yoludur. Dəhliz məsələsi sülh sazişindən çıxarılıb, amma Bakı bu tələbdən geri çəkilməyib.

Videoya Youtube kanalımızda baxın.