Azərbaycanda bələdiyyə seçkisi keçirilib

Şəklin mənbəyi, Getty Images
Bu gün Azərbaycanda bələdiyyə seçkisi keçirilib. Səsvermə saat 08:00-dan başlayıb, axşam saat 7-də başa çatıb.
Mərkəzi Seçki Komissiyası bildirib ki, seçki fəallığı təxminən 31 faiz olub, yəni seçicilərin 1 milyon 800 milyondan çoxu səs verib.
Bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 6 milyona yaxındır.
Prezident İlham Əliyev Bakının 7 saylı Səbail seçki dairəsində səs verib.
Seçkilərdə 16 mindən çox namizəd mübarizə aparıb. Seçkilər zamanı respublika üzrə 700-ə yaxın bələdiyyəyə 8 mindən çox üzv seçiləcək, Azərtac yazır.
Bələdiyyə seçkisində səsvermə 118 seçki dairəsi üzrə 6000-ə yaxın seçki məntəqəsində keçirilib.
Seçkiləri izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 70 mindən çox olub.
Səsvermə saat 19:00-da başa çatıb.







